Məktəbdə yaradıcılıq gecəsi

 

Noyabrın 25-də Bakıdakı 151 nömrəli orta məktəbdə şairə Kəmalə Abıyeva ilə  görüş keçirildi. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Solmaz Süleymanova qabaqcıl təhsil işcisi Kəmalə Abıyevanın həyat və yaradıcılığından geniş söhbət açdı.

Tədbirin aparıcıları şairin 31 nömrəli məktəbdəki 35 illik pedaqoji fəaliyyəti haqqında məlumat verdilər. Şagirdlər Kəmalə Abıyevanın şeirlərindən parçalar söylədilər. Şairə ilk yaradıcılıq nümunəsi olan "Müəllim" şeiri haqqında tədbir iştirakçılarına məlumat verdi.

Çıxış edən qonaqlar da  K.Abıyeva poeziyası haqqında geniş danışdılar. 

Məktəbin 10-cu sinif şagirdi Fatimə Şirəliyevanın ifasında "Məktəb illəri" mahnısı tədbir iştirakçıları tərəfindən böyük maraqla qaşılandı.

Tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən Kəmalə Abıyeva məktəb kollektivi ilə görüşdən məmnun olduğunu bildirdi. Şagirdlərə isə dərslərində uğurlar arzuladı. 

 

R.ZİYADOV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.18.