"Təbiət uşaqların gözü ilə"

 mövzusunda sərgi keçirilib

 

Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyi 60 nömrəli orta məktəblə birlikdə "Təbiət uşaqların gözü ilə" mövzusunda uşaqların əl işlərindən ibarət sərgi keçiribdir. Burada rəsmlər, yağlı boya ilə kətan üzərində çəkilmiş tablolar, əl işləri, hətta heyvan bitkilərin təsvir edildiyi bütöv maketlər nümayiş olundu.

Sərgidə "Vəfalı dost" heyvanlar üçün özəl baytarlıq klinikası - mini sığınacaqdan gətirilən heyvanları gördükdə uşaqların sevincinin həddi-hüdudu yox idi. Bu, yalnız uşaqların deyil, həm sərgiyə həvəslə baxan müəllim valideynlərin böyük marağına səbəb oldu.

Sərgini keçirmək üçün razılıq verən 60 nömrəli məktəbin direktoru Həqiqət Qarayevaya, uşaqlar ilə apardığı işə köməyə görə rəsm müəllimi Vəfa İsmayılovaya, ingilis dili müəllimi Nüşabə Baxşıyevaya öz dərin minnətdarlığımızı bildiririk.

Gəlin uşaqlara ətraf mühiti, təbiəti sevməyi öyrədək! 

 

Ceyran QULUZADƏ

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.23.