Microsoft "BakuTel 2010"

sərgisində geniş şəkildə

təqdim olunur

 

"Microsoft Azərbaycan" şirkəti BakuTel 2010 Azərbaycan Beynəlxalq "Telekommunikasiya İnformasiya Texnologiyaları" sərgisində "Xalq kompüteri" layihəsini təqdim etdi. Layihə "Hər ailə üçün kompüter" şüarı altında həyata keçirilir artıq on min adam layihə çərçivəsində güzəştli şərtlərlə kompüter əldə etmişdir.

"Xalq kompüteri" - sadəcə kompüter deyil, məhz tədris üçün nəzərdə tutulmuş hazır məhsuldur. Layihə proqram təminatı avadanlıq sahəsində dünya liderləri - Microsoft HP  tərəfindən təqdim olunur. "Microsoft Azərbaycan" şirkətinin baş meneceri Teymur Axundov bildirdi ki, Microsoft, eyni zamanda böyüyən nəslə daha tez effektiv şəkildə informasiya texnologiyalarının fəal istifadəçisinə çevrilməyə yardım edən çoxlu sayda tədris proqramlarını təqdim edir.

BakuTel sərgisində həmçinin Azərbaycan üçün lokallaşdırılmış Microsoft Windows 7 əməliyyat sisteminin təqdimatı keçirildi. Microsoft korporasiyasının təşəbbüsü olan lokallaşdırma layihəsi şirkət tərəfindən maliyyələşdirilmişdir. Windows 7-nin lokallaşdırılması nəticəsində Microsoft məhsullarında istifadə olunan əmr sözlərdən ibarət Azərbaycan lügəti (Glossary) yaradılmış, interfeys Azərbaycan dilinə tərcümə edilmiş (Language interface pack), həmçinin Microsoft-un lokallaşdırılmış məhsullarında istifadəsi tövsiyə edilməyən söz ifadələr siyahısı yaradılmışdır (Azeri Policheck). Lokallaşdırma zamanı Azərbaycan dilinin bütün qaydalarına riayət edilib.

Görülmüş işlər nəticəsində Microsoft korporasiyası xüsusi dil paketini - Language Interface Pack (LIP) təqdim edir. Sözügedən paketin ingilis dilində olan əməliyyat sisteminin üstündən yüklənməsi Microsoft Windows 7-ni Azərbaycan interfeysilə istifadə etməyə imkan verir.

Bundan əlavə, BakuTel sərgisində Azərbaycanda ilk dəfə Microsoft Office 2010 paketi təqdim olunur.

 

  Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.-S.21.