ADU-da TEMPUS proqramı

üzrə "Koordinasiya  görüşü"

  

Noyabrın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında  "Azərbaycanda Şifahi Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" adlı layihə çərçivəsində  "Koordinasiya  görüşü" keçirildi. Milan, Hacəttəpə, Esseks, Strasburq universitetlərinin professorlarının qatıldığı tədbirdə ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru J.Qəribova üç gün davam edəcək "Koordinasiya görüşü"ndə layihənin idarə olunması ilə əlaqədar bir sıra məsələlərin müzakirəsini, universitet nümayəndələri arasında müxtəlif administrativ bölgülər digər əhəmiyyətli məsələləri iştirakçıların diqqətinə çatdırdı.

Tərcümə fakültəsinin dekanı V. Hacıyev fakültənin bir neçə müəllimi ilə Hacəttəpə Strasburq universitetlərinə səfər etdiklərindən orada tətbiq olunan tədris proqramı (syllabus), Hacəttəpə Universiteti ilə Strasburq Universiteti arasında mövcud əlaqələr haqqında geniş məlumat aldıqları barədə söhbət açdı. Tərcümə fakültəsi haqqında ətraflı məlumat verən V.Hacıyev növbəti tədris illərində tələbələrin Hacəttəpə Universitetinə bakalavr dərəcəsi Strasburq Universitetinə magistr dərəcəsi almaq üçün gedəcəklərini söylədi.

Bildirildi ki, Azərbaycan Dillər Universiteti 2005 2006-cı illərdə TEMPUS layihələrinin iştirakçısı olub. Adıçəkilən bu layihədə isə Azərbaycan Dillər Universiteti sadəcə partnyor - iştirakçı deyil, layihənin rəhbəri (koordinatoru) kimi çıxış edəcəkdir. Bu, Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsinə, islahatların daha da inkişaf etdirilməsinə Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına təkan verəcəkdir. Bütövlükdə layihədən 230-dan artıq tələbə, 350 nəfərədək professor - müəllim heyəti 30-dək inzibati heyət yararlana biləcək.

 

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.18.