Azərbaycanın Milli
Qəhrəmanları
İbrahimov Nurəddin İslam
oğlu
1951-ci il martın 16-da Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdu. 1969-cu ildə 125 nömrəli orta məktəbi bitirmiş, 1970-ci ildə ordu sıralarına çağırılmışdı. Nurəddin 1978-ci ildə İrkutsk Şəhər Daxili İşlər İdarəsinə işə qəbul edilmişdi. 1981-ci ilin mayında isə SSRİ Daxili İşlər Nazirliyinin Xabarovsk Şəhər Ali Milis Məktəbinə qəbul olunmuşdu. 1986-cı ildə hüquqşünas ixtisası üzrə ali təhsilini başa çatdırdıqdan sonra 1988-ci ildə cinayət axtarışı şöbəsinin rəisi vəzifəsınə təyin edilmişdi. O, 1989-cu ildə İrkutsk Şəhər Sovetinin deputatı seçilmişdi.
1990-cı ildə Vətənə dönən Nurəddin 1993-cü ildə Qarabağa - cəbhə bölgəsinə yollanmış, Kosalar kəndi və Cəbrayıl rayonu uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdi.
Polis mayoru N.İbrahimov 1995-ci il fevralın 10-da Binə qəsəbəsində cinayətkar dəstəni zərərsizləşdirərkən həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 26 dekabr 1995-ci
il tarixli
424 nömrəli Fərmanı
ilə İbrahimov Nurəddin İslam oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Buzovna qəsəbəsindəki qəbiristanlıqda
dəfn olunub. Buzovna qəsəbəsindəki
küçələrdən biri və mədəniyyət
evi onun adını daşıyır.
Mədəniyyət evinin qarşısında
büstü qoyulub.
İbrahimov Rasim Səxavət
oğlu
1962-ci il aprelin 18-də Bakı şəhərinin
Əzizbəyov (indiki
Xəzər) rayonunda anadan olmuşdu. Səkkizinci sinfə kimi paytaxtdakı 131 nömrəli
orta məktəbdə
təhsil almışdı.
1977-ci ildə C.Naxçıvanski
adına hərbi məktəbə
daxil olmuş və 1983-cü ildə təhsilini başa çatdıraraq, Almaniyaya
hərbi qulluğa göndərilmişdi. Rasim burada
motoatıcı tağımda
komandir müavini kimi xidmətə başlamışdı. 1988-ci
ildə hərbi xidmətini başa çatdıraraq Vətənə
qayıtmışdı. Bir müddət sonra Qarabağa - erməni işğalçılarına qarşı döyüşə
yollanmışdı. Füzuli istiqamətində gedən
döyüşdə rəşadətlə
vuruşan Rasimə
mayor rütbəsi verilmişdi.
R.İbrahimov 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına
həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 16 sentyabr
1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı səhərində Şəhidlər
xiyabanında dəfn olunub. Vaxtı ilə təhsil
aldığı 131 nömrəli
orta məktəb onun adını daşıyır. Çilov
adasında abidəsi ucaldılıb, adına
xatirə bağı salınıb.
İsgəndərov Əlabbas Qara oğlu
1958-ci il iyulun 25-də Ağdam rayonunun Kürdlər kəndində
anadan olmuşdu. Orta məktəbi doğulduğu
kənddə bitirmişdi.
Hərbi
xidmətini başa çatdırdıqdan sonra
isə kəndlərinə
qayıdaraq təsərrüfat
işləri ilə məşğul olmuşdu.
1991-ci ilin
noyabrında isə Ağdamda özünümüdafiə
dəstələri yaradılarkən
ilk üzv yazılanlardan
biri də vətənini,
xalqını canından
artıq sevən Əlabbas olmuşdu. 1992-ci ildə Qarabağın
cəbhə bölgəsində
gedən ağır döyüşlərdən sonra
mühasirə şəraitində
qalan Umudlu kəndinin əhalisi hərbi vertolyotların köməyi ilə boşaldılarkən məhz
Əlabbasın qəhrəmanlığı
sayəsində 40-dək döyüşçünün
həyatı xilas edilmişdi.
Ə.İsgəndərov 1992-ci il martın 4-də Qazançı kəndi uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə
qəhrəmancasına həlak
olub.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 13 avqust
1992-ci il tarixli 135 nömrəli Fərmanı ilə İsgəndərov Əlabbas
Qara oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Ağdamdakı Şəhidlər xiyabanında
dəfn olunub.
İsgəndərov Eltun Xaləddin
oğlu
1990-cı il oktyabrın 21-də
Samux rayonunun Əhmədbəyli kəndində
anadan olmuşdu. 2007-ci ildə kəndlərindəki
orta məktəbi bitirmişdi. O, 2008-ci il oktyabrın 22-də
Samux Rayon Hərbi Komissarlığı tərəfindən
hərbi xidmətə
çağırılmışdı. Üç
ay Azərbaycan Respublikasının
Sərhəd Qoşunlarının
"N" saylı hərbi
hissəsində təlim
keçdikdən sonra
Cəlilabad rayonunun Göytəpə şəhərindəki
"N" saylı hərbi
hissədə xidmətini
davam etdirmişdi.
Eltun xidmət etdiyi dövrdə özünü nümunəvi
əsgər kimi göstərmiş, Dövlət
Sərhəd Xidmətinin
komandanlığı tərəfindən
ailəsinə "Təşəkkür
məktubu" göndərilmiş,
döş nişanı
ilə təltif edilmişdi.
E.İsgəndərov 2009-cu il iyunun 18-də dövlət sərhədini
pozan bir qrup cinayətkarla mübarizə zamanı qəhrəmancasına həlak
olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 25 iyun
2009-cu il tarixli 349 nömrəli Fərmanı ilə İsgəndərov Eltun Xaləddin oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Samux rayonunun Əhmədbəyli
kənd qəbiristanlığında
dəfn olunub.
İsgəndərov Famil İsgəndər
oğlu
1975-ci il mayın 15-də Bakı şəhərində
anadan olmuşdu. 1991-ci ildə paytaxtın
157 nömrəli orta məktəbini bitirmişdi.
1993-cü ildə Binəqədi Rayon Hərbi
Komissarlığı tərəfindən
Milli Ordu sıralarına çağırılmış,
Ağdərə və
Tərtər bölgələrində
gedən döyüşlərdə
iştirak etmişdi.
Famil Murovdağın geri qaytarılması zamanı
ayağından yaralanmışdı.
1995-ci ilin martında isə ölkəmizdə
dövlət çevrilişinə
cəhdin qarşısını
alan dəstənin
tərkibində igidlik
göstərmişdi.
F.İsgəndərov martın 17-də döyüş
yoldaşlarını xilas
edərkən ağır
yaralanır və onun həyatını xilas etmək mümkün olmur.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə İsgəndərov Famil İsgəndər oğlu
ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı şəhərində
Şəhidlər xiyabanında dəfn olunub. Təhsil
aldığı 157 nömrəli orta məktəb onun
adını daşıyır. Məktəbdə büstü
qoyulub. Yaşadığı binanın önünə xatirə
lövhəsi vurulub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin
materialları əsasında hazırladı: Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.-
2010.- 1 oktyabr.-
S.8.