Ekologiya mövzusunda tədbir

  

Heydər Əliyev Fondu Xəzər rayonunun məktəbliləri ilə  "Ekologiya ili" çərçivəsində tədbir keçirib. Xəzər sahilində 156, 230 və 237 nömrəli məktəblərin şagirdləri arasında keçirilən tədbirdə əvvəlcə onlarla ekologiyaya aid söhbətlər aparılıb. Sonra 3 komandaya ayrılan məktəblilər arasında  bilik yarışı təşkil edilib. Verilən suallara 156 nömrəli məktəbin şagirdləri daha dolğundüzgün cavablar veriblər. Nəticədə 156 nömrəli məktəbin şagirdləri I, 230 nömrəli məktəbin şagirdləri II, 237 nömrəli məktəbin şagirdləri  isə III yeri tutublar. Qaliblərə qiymətli hədiyyələr  verilib.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.1.