"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib

 

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində "Elektron məktəb"  sistemi 10 məktəbdə tam istifadəyə verilib.  "Ultra" şirkəti onun tərəfdaşları tərəfindən tətbiq edilən sistemə artıq Avropa liseyi, 6, 7, 8, 20, 23, 60, 160 nömrəli məktəblər, akademik Zərifə Əliyeva adına məktəb Elitar gimnaziya qoşulmuşdur.  "Elektron məktəb" sisteminə qoşulmuş məktəblərin müəllimləri servis xidmətlərdən istifadəyə başlayıblar. Müəllimlər artıq elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından Təhsil Portalından istifadə edirlər. "Elektron məktəb" sisteminin tam tətbiqi üçün pilot məktəblərin  bütün müəllimləri ilə xüsusi treninqlər keçirilmişdir. "Elektron məktəb" layihəsində iştirak edən bütün məktəblər Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuşlar. "Elektron məktəb" layihəsi çərçivəsində artıq pilot məktəblərin şagirdlərinin valideynləri bu imkandan yararlana biləcəklər. Beləliklə, tam  istifadəyə verilmiş sistem üzrə valideynlər öz övladlarının qiymətlərini Azərbaycan Respublikasının Təhsil Portalının (www.edu.az) "Valideyn nəzarət səhifəsi"nə keçid almaqla öyrənə bilərlər. Bunun üçün məktəblər tərəfindən verilmiş istifadəçi adı şifrədən istifadə etmək lazımdır. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən "Ultra" şirkətinin, "AZEDUNET", "Mədəd" təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir. 

 

 

Ş.CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.1.