"British Council"in
Azərbaycandakı ofisinin
rəhbəri ADU-da
Sentyabrın 28-də "British Council"in Azərbaycandakı
ofisinin direktoru Paul Klementson və Proqramlar üzrə direktoru Nigar Baimova Azərbaycan Dillər Universitetində (ADU) oldular.
Tədbirdə "British Council" ilə
əməkdaşlıqdan, universitetlərarası əlaqələrin
qurulmasından danışıldı.
ADU-nun Tədris işləri
üzrə prorektoru,
professor Natiq Yusifov və Beynəlxalq
əlaqələr üzrə
prorektoru Jalə Qəribova ingilis dilinin keyfiyyətinin artırılmasında
"British Council" ilə əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu bildirdilər. İngilis dilinin metodikası kafedrasının
müdiri Gülnar Hüseynzadə isə
dedi ki, "British
Council" ilə əməkdaşlıq
zəruridir:
"Biz tələbələrə ingilis dilini mükəmməl şəkildə
öyrətmək istəyirik.
Buna görə də "British Council"in
bizə bu işdə köməklik
göstərməsini istərdik". Görüş zamanı müzakirə
edilən məsələlərdən
biri də kitabxana profilinin daha da genişləndirilməsi
oldu.
"British Council"in
direktoru Paul Klementson bir çox layihələrin keçirilməsinin məqsədəuyğun
olduğunu bildirdi.
Tədbirin sonunda iştirakçılar ADU-nun İnformasiya
Resurs Kompleksi ilə
Xatırladaq ki, ötən il
oktyabrın 23-də Azərbaycan
Dillər Universiteti ilə "British Council" arasında
qarşılıqlı əməkdaşlıq
haqqında müqavilə
imzalanmışdı. Müqaviləyə əsasən, "British Council" ADU-ya kitab fondu
hədiyyə etmişdir.
Zeynəb KAZIMOVA
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.1.