Türkiyənin Qazi
Universiteti ilə yeni əməkdaşlıq
müqaviləsi imzalandı
Sentyabrın 28-də Bakı Slavyan Universitetində BSU ilə Türkiyənin Qazi Universiteti arasında yeni əməkdaşlıq müqaviləsinin
imzalanması mərasimi
keçirildi. Tədbiri
giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdullayev bildirdi ki, bu
gün universitetin dünyanın bir çox tanınmış
təhsil ocaqları ilə sıx əlaqələri
mövcuddur. BSU artıq
Türkiyə Respublikasının
Qafqaz Universiteti (Qars), Ankara Universiteti
(Ankara), Akdeniz Universiteti
(Antalya), İstanbul Kültür
Universiteti (İstanbul),
Qazi Universiteti (Ankara) və digər nüfuzlu təhsil və elm ocaqları ilə əməkdaşlıq
edir. Bu gün Türkiyənin məşhur
Qazi Universitetinin rektoru, professor Rıza Ayhan və digər
qonaqların iştirakı
ilə 2005-ci ildə iki universitet arasında bağlanmış
müqavilənin vaxtı
başa çatdığından
yeni əməkdaşlıq
müqaviləsi imzalanacaq.
K.Abdullayev qeyd etdi ki, ötən
illər ərzində mövcud
müqavilə iki universitet arasında elm, təhsil, mədəniyyət sahəsində daha yüksək əlaqələrin
qurulması, tələbə-müəllim
mübadiləsi, müştərək
elmi konfrans və seminarların təşkil
olunması üçün
əsas rolu oynamışdır.
Bu gün
bağlanacaq müqavilədə
elm və təhsil sahəsində əməkdaşlıqla
bərabər, Bakı
Slavyan Universitetinin professor-
müəllim kollektivinin
Qazi Universitetinin tərkibində fəaliyyət
göstərən, dünya standartlarına
cavab verən, son texnologiyalarla təchiz edilmiş tibbi klinikada pulsuz müalicə alması da nəzərdə tutulmuşdur.
Sonra Qazi Universitetinin
rektoru, professor Rıza
Ayhan çıxış
etdi. O, Azərbaycanda olmağından
və BSU ilə əməkdaşlıq etmələrindən
çox məmnun olduğunu bildirdi və iki universitet arasında bağlanan əməkdaşlıq müqaviləsinin
əhəmiyyətindən ətraflı danışdı.
Həmin gün iki universitet arasında yeni əməkdaşlıq müqaviləsi
imzalandı və qonaqlar BSU ilə yaxından
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.2.