Yeni qəbul olunan müdavimlərlə görüş

 

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında cari tədris ilində rəhbər kadrların ixtisasının artırılması fakültəsinə  qəbul edilən 75 dövlət qulluqçusu ilə görüş keçirildi. Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev açaraq yeni qəbul olunan müdavimləri təbrik etdi, onlara təhsil illərində uğurlar arzuladı.

Ali təhsil ocağının respublikamız üçün idarəçilik sahəsində peşəkar kadrların hazırlanması istiqamətində önəmli rolu olduğunu xüsusi qeyd edən prorektor akademiyanın ötən müddət ərzində əldə etdiyi nailiyyətlərdən danışdı. Qeyd olundu ki, bu gün Azərbaycan sürətlə inkişaf edən bir ölkə olaraq dövlət qulluqçuları qarşısında mühüm vəzifələr  qoyur. Həmin vəzifələri uğurla səmərəli icra etmək üçün dövlət qulluqçularının dünyanın cəmiyyətin sürətlə yeniləşən biliklərindən geniş məlumatı olmalıdır.

Dövlət qulluqçusu öz biliyi xidməti davranışı ilə başqalarına nümunə olmalı dövlət maraqlarını hər şeydən ali tutmalıdır. Bu isə ancaq elmi biliklərin idarəetmədə tətbiqi yolu ilə mümkün ola bilər. Məhz zəruri olan bilikləri keyfiyyətləri qazanmaq artırmaq üçün dövlət qulluqçusunun yeni bilgiləri mənimsəməsi zəruridir. Görüş iştirakçılarına bununla bağlı bir sıra tövsiyələr verən Əlikram Abdullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasında həyata keçirilən tədbirlərdən söz açdı. Ulu öndər Heydər Əliyevin təhsilə elmə göstərdiyi diqqət qayğıdan danışan  natiq ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilimizin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırdı.

Çıxışının sonunda ölkəmizin gələcəyinin bugünkü  gənc kadrlardan asılı olduğunu qeyd edən prorektor bu işə akademiyada təhsil alan müdavimlərin ciddi yanaşacaqlarına, əldə etdikləri bilik və bacarıqları ilə idarəçilik  sahəsinin inkişafına öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirdi.

Sonra akademiyanın Fəlsəfə sosial psixologiya kafedrasının müdiri, professor Tofiq Rəsulov, Politologiya siyasi idarəetmə kafedrasının müdiri, professor Nigar Ələkbərova, Tarix kafedrasının dosenti Musa Quliyev, İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri, dosent Roza Əliyeva, Dövlət quruculuğu hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev, Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının dosenti Ağamehdi Mehtəliyev, Beynəlxalq münasibətlər xarici siyasət kafedrasının dosenti Elçin Əhmədov, Dillər kafedrasının müdiri, professor  Akif Bayramov, Dövlət idarəetməsi menecment kafedrasının müdiri, dosent Eldar Azadov Dövlət qulluğu kadr siyasəti kafedrasının baş müəllimi Eldar Aslanov tərəfindən təqdimatlar edildi. Çıxış edənlər  hər bir kafedranın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat  verməklə yanaşı , onlara dərs deyəcək  professor-müəllim heyəti ilə müdavimləri tanış etdilər.

Çıxış üçün söz alan Rəşad Babayev ilk gündən belə səmimi qarşılandıqlarına, onlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasının rəhbərliyinə müdavimlər adından təşəkkür etdi. O, üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini qarşılarında duran mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqlarını bildirdi.

Görüşdən sonra  müdavimlər ayrı-ayrı kafedralar tərəfindən hazırlanaraq nəşr olunmuş   kitablardan ibarət sərgi ilə tanış oldular.

 

Samirə KƏRİMOVA

Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.3.