Azərbaycanın Milli
Qəhrəmanları
İsmayılov Etibar
Bəylər oğlu
1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdu. 1981-ci ildə orta məktəbi bitirdikdən sonra çilingər kimi əmək fəaliyyətinə başlamışdı. Etibar 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edərək igidlik göstərmiş və Ağdamdakı özünümüdafiə batalyonuna daxil olmuşdu. O, Naxçıvanik, Şelli kəndlərinin erməni işğalçılarından müdafiəsində də şəxsi nümunə göstərmişdi. Xocavənd rayonunun ərazisində düşmən hücumlarını dəf etmiş, Ağcabədidə yaradılan özünümüdafiə taboruna qoşulmuşdu.
E.İsmayılov 1994-cü ildə Xocavənd rayonunun Qarakənd istiqamətində aparılan əməliyyatlar zamanı döyüşdə yoldaşlarının mühasirədən çıxarılmasında igidlik göstərərək qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 nömrəli Fərmanı ilə İsmayılov Etibar Bəylər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hindarx kənd orta məktəbi onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.
İsmayılov İlqar
Sədi oğlu
1959-cu il martın 29-da Bakı şəhərində
anadan olmuşdu. Orta təhsilini paytaxtın Nərimanov rayonundakı
45 nömrəli orta məktəbdə almışdı.
O, 1976-cı ildə Azərbaycan
Dövlət Bədən
Tərbiyəsi İnstitutuna
daxil olmuşdu. 1981-ci
ildə institutu bitirmiş və elə həmin il hərbi
xidmətə çağırılmış,
əsgəri xidmətini
Bakı Ordu İdman Klubunda başa çatdırmışdı.
İlqar
1986-cı ilə qədər
"Dinamo" İdman
Klubunda məşqçi
işləmiş, sonralar
leytenant rütbəsi
ilə DİN-in Sabunçu
Rayon Daxili İşlər
Şöbəsində əməliyyat
müvəkkili vəzifəsində
çalışmışdı. 1991-ci ilin dekabrından
isə Qarabağa - döyüş bölgələrinə
ezam olunmuşdu.
O, Şuşanın Malıbəyli,
Meşəli kəndlərində
və Ağdam rayonunun ərazisində erməni işğalçılarına
qarşı gedən döyüşlərdə iştirak
etmişdi.
İ.İsmayılov 1992-ci il oktyabrın 1-də
Laçın rayonunun
Mazutlu kəndi yaxınlığında Qızartı
yüksəkliyi uğrunda
gedən döyüşdə
qəhrəmancasına həlak
olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 19 oktyabr
1992-ci il tarixli 273 nömrəli Fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər
xiyabanında dəfn olunub. Bakı şəhərindəki küçələrdən biri
onun adını daşıyır.Təhsil aldığı
45 nömrəli orta məktəbin önündə
büstü qoyulub.
İsmayılov İnqilab Ələkbər
oğlu
1962-ci il fevralın 24-də
Xocalı şəhərində
anadan olmuşdu. 1979-cu ildə orta
məktəbi bitirmişdi.
1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmətə
başlamışdı. Hərbi xidmətdə olduğu vaxt Xarkov şəhərində
gizirlər məktəbini
bitirmişdi. O, 1984-cü ildə doğulub boya-başa çatdığı
Xocalıya qayıtmışdı.
1988-ci ildə Dağlıq Qarabağda vəziyyət gərginləşəndə
İnqilab da torpaqlarımızın quduzlaşmış
erməni işğalçılarından
müdafiəsinə qalxmışdı.
Cəsur
döyüşçü bir müddət sonra - 1990-cı ildə Xocalı Şəhər
Polis Şöbəsində işə qəbul edilmişdi.
İ.İsmayılov 1992-ci il iyunun 12-də Ağdam rayonunda polis-patrul xidməti alayında vəzifə borcunu Daşbaşı yüksəkliyi uğrunda
gedən döyüşdə
yerinə yetirərkən
qəhrəmancasına həlak
olub.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakının Xətai rayonundakı küçələrdən biri
onun adını daşıyır. Həmin küçədə xatirə lövhəsi vurulub.
Karlov Yevgeni
Nikolayeviç
1960-cı il mayın 31-də
Y.Karlov 1992-ci il aprelin 11-də Füzuli istiqamətində
gedən amansız döyüşdə qəhrəmancasına
həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 7 iyun 1992-ci
il tarixli
833 nömrəli Fərmanı
ilə Karlov Yevgeni Nikolayeviç ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Doğulduğu Dubovka qəsəbəsində
dəfn olunub.
Kərimov Bəşir Bəylər
oğlu
1976-cı il fevralın 2-də Füzuli rayonunun Qacar kəndində anadan olmuşdu. 1991-ci ildə kəndlərindəki
orta məktəbin səkkizinci sinfini bitirərək Füzuli şəhərindəki peşə
məktəbində təhsilini
davam etdirmişdi.
Bəşir 1993-cü ilin
aprelində doğulub
boya-başa çatdığı
doğma Qacar kəndində işğalçı
erməni yaraqlılarına
qarşı igidliklə
vuruşmuşdu. Lakin
mənfur düşmən
Qacar kəndini işğal
etdikdən sonra o, ailə üzvləri ilə birlikdə Dilağarda kəndində
məskunlaşmışdı. O,
1994-cü ildə Beyləqan
Rayon Hərbi Komissarlığı
tərəfindən Milli
Ordu sıralarına hərbi xidmətə çağırılmışdı.Gəncə
şəhərində "N" saylı hərbi hissədə qulluq etmişdi.
B.Kərimov 1995-ci il martın 13-17-də
məlum hadisələr
zamanı dövlətçiliyimizin
müdafiəsinə qalxıb
və qəhrəmancasına
həlak olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 1995-ci
il tarixli
307 nömrəli Fərmanı
ilə Kərimov Bəşir Bəylər oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər
xiyabanında dəfn olunub.
Milli Qəhrəmanlar
Beynəlxalq İnformasiya
Mərkəzinin materialları
əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2010.- 8 oktyabr.- S.8.