ATU-nun 80 illik yubileyi qeyd edildi

 

Oktyabrın 5-də Azərbaycan Tibb Universitetində bu təhsil ocağının 80 illik yübileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Tədbirdə nazirlər, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, ali məktəblərin rektorları, tanınmış alimlər, ATU-nun professor-müəllim heyəti, tələbələr KİV təmsilçiləri iştirak edirdilər.

Mərasimdən əvvəl qonaqlar ümummilli liderimiz Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçəklər düzdülər onun xatirəsini ehtiramla yad etdilər.

Yubiley mərasimi Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə açıldı.

Sonra çıxış üçün söz səhiyyə naziri Oqtay Şirəliyevə verildi. Səhiyyə naziri universitetin kollektivini yubiley münasibətilə təbrik edərək onlara işlərində uğurlar, şəxsi həyatlarında cansağlığı xoşbəxtlik arzuladı. Oqtay Şirəliyev çıxışında ötən illər ərzində respublikamızda təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında ATU-nun  əhəmiyyətli rolundan bəhs etdi bu universitetin milli səhiyyənin inkişafına verdiyi layiqli töhfələrdən söz açdı.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 sentyabr 2010-cu il tarixli sərəncamları ilə universitetin əməkdaşlarına verilmiş fəxri adların, orden medalların təqdimatı oldu. Səhiyyə naziri təltif olunanlar adından dövlət başçısına minnətdarlığını bildirdi.

Dəvəti qəbul etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi təhsil ocağının inkişaf tarixini əks etdirən təqdimatı diqqətə çatdırdı.  Qeyd olundu ki, hazırda Azərbaycan Tibb Universiteti ölkəmizdə tibb, əczaçılıq hərbi-tibb kadrlarının hazırlanması, attestasiyası ixtisaslarının artırılması sahəsində fəaliyyət göstərən ən iri təhsil müəssisəsidir.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov bütün təhsil ictimaiyyəti adından ATU-nun kollektivini yubiley münasibətilə təbrik etdi. Nazir hər bir kəsin özünün sağlamlığının qorunması övladlarının sağlam böyüməsi üçün məhz 80 il ərzində şərəfli inkişaf yolu keçmiş bu universitetə borclu olduğunu qeyd etdi.

Dövlət başçısının ATU-nun əməkdaşlarının təltif olunması ilə bağlı müvafiq sərəncamlarını elm, təhsil səhiyyə sahələrinə göstərilən xüsusi qayğının növbəti təzahürü kimi qiymətləndirən nazir cənab Prezidentə təşəkkürünü bildirdi kollektivin hər bir üzvünün bu şərəfə layiq fəaliyyət göstərməsinin, öz işinə daha məsuliyyətlə yanaşmasının zəruriliyini vurğuladı.

Misir Mərdanov universitetin əməkdaşlarından bir qrupunun Azərbaycan Respublikası Təhsil Nazirliyinin yüksək mükafatlarına layiq görüldüyünü bildirdi.

Yubiley mərasimində çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev, Almaniyanın Axen Universitetinin Himayədarlar Şurasının sədri, psixiatriya Assosiasiyasının prezidenti Frank Şnayder, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Milli Məclisin Elm təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev Azərbaycan  Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti tələbələrini yubiley münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.3.