Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib

 

Oktyabrın 5-də Bakı Slavyan Universitetində Rusiya Yazıçılar İttifaqının Rusiyanın PEN klubunun üzvü, müasir rus nəsrinin görkəmli nümayəndəsi, şair, esse ustası Boris Timofeyeviç Yevseyevlə görüş keçirildi. Tədbirdə əvvəlcə yazıçının əsərlərinin təqdimatı oldu. Qeyd edildi ki, bu, B.T.Yevseyevin BSU-ya ilk gəlişi deyildir. 2005-ci ildə o, "Baran" adlı hekayələr toplusunu, "Romançik" romanını Azərbaycan oxucularına təqdim etmiş və müasir rus ədəbiyyatı haqqında məruzələrlə tələbə magistrantlar qarşısında çıxış etmişdir.

Budəfəki səfərində isə Boris Timofeyeviç "Nəsrdə nəzmdə şüurluluq təhtəlşüur (şüursuzluq)" mövzusunda tələbə magistrantlara ustad dərsi keçdi.

dbirdə yazıçının yaradıcılığı haqqında dəyərli fikir söyləyən BSU-nun rektoru, professor Kamal Abdullayev həm B.T.Yevseyevin universitetdə bəzi tələbə magistrantların elmi rəhbəri olduğunu da diqqətə çatdırdı.

Sonra BSU-nun professoru Flora Hacıyeva, dosent İlahə Carçıyeva, magistrant və tələbələr yazıçının yaradıcılığı haqqında danışdılar.

Növbəti gün universitetdə Boris Timofeyeviç Yevseyevin "Müasir rus nəsrində ədəbi cərəyanlar meyillər" adlı məruzəsi rəğbətlə dinlənildi.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.5.