Təhsil müəssisələrinin
baş mühasiblərinin
seminar-müşavirəsi
Sentyabrın 29-da Təhsil Nazirliyində Bakı və Sumqayıt şəhərlərində yerləşən və birbaşa nazirlikdən maliyyələşən təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin
müdiri
Şahrza Əliyevin sədrliyi ilə keçirilən seminar-müşavirədə şöbənin əməkdaşları, Bakı və Sumqayıt şəhərlərində yerləşən, birbaşa nazirlikdən maliyyələşən təhsil müəssisələrinin
baş
mühasibləri iştirak etmişlər. Seminar-müşavirədə
əsasən, aşağıdakı
məsələlər müzakirə
olunmuşdur:
- Birbaşa
Təhsil Nazirliyindən
maliyyələşdirilən xərclərin 2009-cu il üzrə icrası,
2010-cu ilin 9 ayı üzrə icra vəziyyəti və
2011-ci ilin proqnoz göstəriciləri, mövcud
problemlər və qarşıda duran vəzifələr.
- Beynəlxalq
və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi,
problemlər və qarşıda duran vəzifələr.
- Ali təhsil
müəssisələrində yeni maliyyələşdirmə
mexanizminin tətbiqi işlərinin gedişatının
vəziyyəti və
bu sahədə görüləcək işlər.
- Əməkhaqlarının artımı
ilə bağlı qarşıda duran vəzifələr, ştat
və tarifləşmə
cədvəllərinin yenidən
hazırlanması ilə
bağlı məsələlər.
- Rüblük
və illik mühasibat hesabatlarının
təqdim edilməsi barədə bir sıra məsələlər,
təlimatlar, izahatlar və tövsiyələr.
- "İlk
peşə-ixtisas təhsili
müəssisələrinin büdcə təminatı
normativlərinin hesablanması
metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının
icrası ilə bağlı qarşıda
duran vəzifələr.
Seminar-müşavirəni
giriş sözü ilə açan İqtisadiyyat şöbəsinin
müdiri Şahrza Əliyev tədbirin gündəliyi barədə
məlumat verdikdən
sonra 2009-cu ilin dövlət büdcəsi
üzrə təhsil xərclərinin icrası,
2010-cu ilə dövlət
büdcəsində nəzərdə
tutulan təhsil xərcləri və
2011-ci ilə dövlət
büdcəsinin proqnozlaşdırılan
gəlir və xərcləri, həmçinin
bir sıra göstəricilər barədə
müqayisəli rəqəmləri
tədbir iştirakçılarının nəzərinə
çatdırmış və
bildirmişdir ki, təhsilə olan dövlət qayğısının
yüksək təzahürü
kimi bu sferaya
dövlət büdcəsindən
ayrılan vəsaitlərin
həcmi ildən-ilə
əhəmiyyətli dərəcədə
artır. Sonra Ş.Əliyev keçirilən
tədbirin əsas müzakirə mövzularının
hər biri barədə qısa məlumat verərək hazırda baş mühasiblərin qarşısında
duran vəzifələrdən
danışmışdır. Tədbirdə həmçinin
İqtisadiyyat şöbəsinin
Plan-maliyyə sektorunun
müdiri Vüqar Əsgərov birbaşa Təhsil Nazirliyindən maliyyələşdirilən xərclərin
"2009-cu il üzrə
icrası, 2010-cu ilin 9
ayı üzrə icra vəziyyəti və
2011-ci ilə proqnoz göstəriciləri, mövcud
problemlər və qarşıda duran vəzifələr", Mühasibat
uçotu və hesabat sektorunun müdiri Fərhad Əliyev "Beynəlxalq
və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi,
problemlər və qarşıda duran vəzifələr", şöbənin
baş məsləhətçisi
Zahid Nağıyev
"Təhsil işçilərinin
əməkhaqlarının artımı ilə bağlı qarşıda
duran vəzifələr,
ştat və tarifləşmə cədvəllərinin
yenidən hazırlanması
ilə bağlı məsələlər", Mühasibat
uçotu və hesabat sektorunun baş məsləhətçisi
Akif Hacıyev "Rüblük və illik mühasibat hesabatlarının təqdim
edilməsi ilə bağlı bir sıra məsələlər,
təlimatlar, izahatlar və tövsiyələr", Plan-maliyyə sektorunun aparıcı məsləhətçisi Ramil
Orucov "Ali təhsil
müəssisələrində yeni maliyyələşdirmə
mexanizminin tətbiqi işlərinin gedişatının
vəziyyəti və
bu sahədə görüləcək işlər"
və həmin sektorun baş məsləhətçisi Kəmalə
Vəliyeva isə
"İlk peşə-ixtisas
təhsili müəssisələrinin
büdcə təminatı
normativlərinin hesablanması
metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının icrası
vəziyyəti və
bununla bağlı qarşıda
duran vəzifələr
barədə məruzələrlə
çıxış etmiş,
baş mühasibləri
maraqlandıran sualları
cavablandırmışlar.
Seminar-müşavirənin
sonunda İqtisadiyyat şöbəsinin müdiri
müzakirə olunan mövzular üzrə bir sıra məqamlara
aydınlıq gətirmiş,
nazirliyin rəhbərliyinin
İqtisadiyyat şöbəsinin
qarşısında qoyduğu
yeni tələblərdən
söz açmış,
bu tələblərin
yerinə yetirilməsi
ilə bağlı tabe təşkilatların baş mühasiblərinin
üzərinə düşən
vəzifələri nəzərə
çatdırmış və
yekunda tədbir iştirakçılarını maraqlandıran əlavə sualları cavablandıraraq
onlara gələcək
işlərində ugurlar arzulamışdır.
Azərbaycan müəllimi.- 2010.-
8 oktyabr.- S.5.