Azərbaycanın Milli
Qəhrəmanları
Kərimov Elgiz
Kərim oğlu
1971-ci il yanvarın 5-də Bərdə rayonunda anadan olmuşdu. 1987-ci ildə orta təhsilini başa çatdırmış, elə
həmin il
hərbi xidmətə
çağırılmışdı. Əsgəri borcunu yerinə
yetirdikdən sonra doğma yurduna qayıtmışdı.
Elgiz 1991-ci ildə silaha sarılaraq doğma Azərbaycanın ayrılmaz
bir hissəsi olan Qarabağ torpaqlarına hücum etmiş erməni işğalçılarına qarşı mübarizəyə
qalxmışdı. O, Əsgəran
yaxınlığında gedən
şiddətli döyüşlər
zamanı xüsusi fəallıq göstərmişdi.
1992-ci il martın 12-də Naxçıvanik
kəndində gedən
ağır döyüşdə
əsl qəhrəmanlıq
göstərərək əsir
düşmüş döyüşçü
yoldaşlarını xilas
etmiş, lakin özü yağı düşmən gülləsinə
tuş gəlmişdi.
O, öz xalqının
azadlığı, Vətəninin
bütövlüyü uğrunda
işğalçılara qarşı
mübarizə aparmaqdan
qürur duyurdu. Elgiz vətəninin, xalqının, millətinin
dar günlərində
özünü döyüş
meydanına atıb
"təki Vətən
yaşasın" deyib
canını qurban edən, qəhrəmanlığı
ilə tariximizin səhifələrində əbədiləşən
övladlarımızdan biri
idi. Vətənimizin, xalqımızın qeyrətini çəkən,
qəlbinin hökmü
ilə Azərbaycanın
ərazi bütövlüyünü
qoruyan gənc Elgizin qismətinə şəhidlik düşdü.
E.Kərimov 21 yaşında canindan artıq sevdiyi Vətən torpağını
erməni işğalçılarından
müdafiə edərkən
qəhrəmancasına həlak
olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bərdə rayonunda dəfn olunub.
Kərimov Kazımağa Mövsüm
oğlu
1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuşdu. Qubadlı rayonunda orta məktəbi bitirdikdən sonra bir müddət "Avanqard" qəzetində yığıcı işləmişdi. 1970-ci ildə indiki BDU-nun jurnalistika fakültəsinə daxil olmuşdu. Universiteti bitirdikdən sonra təyinatla "Azərbaycan məktəbi" jurnalına göndərilmişdi. Sonralar Goranboy rayonundakı Qızılhacılı kəndində Aqrar Sənaye Birliyində hüquq məsləhətçisi kimi işə qəbul olunmuş və bir müddət burada işləmişdi. 1991-ci ildə Goranboyda yaradılan özünümüdafiə batalyonuna komandir müavini təyin olunmuşdu. Qaraçinar, Meşəli, Erkəc və digər kəndlərdə aparılan əməliyyatlarda rəşadətlə vuruşmuşdu. Kazımağanın axırıncı döyüşü Meşəli ərazisində olmuşdu. Onun dəstəsi bu ərazini düşməndən azad etməli idi. Elə bu zaman sıx meşəlikdə gizlənmiş hiyləgər düşmən qüvvələri meydanda görünərək onlara hücum etməyə başlayır. Bu gərgin döyüşdə K.Kərimovun dəstəsi erməni döyüşçülərini məğlub edərək tərk-silah etmişdi. Lakin bu ağır döyüşdə Kazımağa ayağından yaralanır. Onu Bakıya - xəstəxanaya çatdırırlar. Çox qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmur.
K.Kərimov 1992-ci il iyunun 15-də Bakıda xəstəxanada dünyasını dəyişib.
Evli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 23 iyun
1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə Kərimov Kazımağa Mövsüm oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.
Kərimov Kərim Məhəmməd
oğlu
1971-ci il iyulun 2-də Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Tümendə Ali Hərbi Mühəndis Komandirləri Məktəbinə qəbul olunmuşdu. Kərim də Qarabağ hadisələri başlayanda azərbaycanlı tələbələrlə birlikdə darda olan Vətənin harayına gəlmişdi. O, təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirmiş, Biləcəridə təlim keçdikdən sonra Goranboy rayonuna yollanmışdı. 1992-ci ildə Tap-Qaraqoyunlu kəndi ətrafında erməni faşistləri tərəfindən minalanmış sahələrin zərərsizləşdirilməsi əməliyyatlarında o da fəal iştirak etmişdi. O, öz qorxmazlığı, Vətənə olan sevgi və məhəbbətini canı bahasına torpaqlarımızı yağı düşməndən qorumağa hər an hazır olan gənclərimizdən biri idi. Döyüşlərdə qəhrəmanlıqlar göstərmiş, savaş meydanında daim öndə getmiş, iştirak etdiyi döyüş əməliyyatlarında həmişə nümunə döstərmişdi. Kərim bir igid, cəsarətli və xalqına ürəkdən bağlı mehriban, xoşxasiyyət bir insan, cəsur bir döyüşçü idi. Onun yalnız bir istəyi, bir arzusu, bir amalı vardı. Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ torpaqları işğalçı erməni düşmənlərinin tapdağından azad olsun.
K.Kərimov 1992-ci il mayın 5-də Goranboy ətrafında erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarixli 193 nömrəli Fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Şərur rayonunun Qarahəsənli kəndində dəfn olunub. Doğulduğu bu kənddə büstü qoyulub. Goranboy və Şərur rayonlarında adına məktəb və küçə var.
Kovalyov Yuri Petroviç
1965-ci il noyabrın 29-da Göyçay rayonunda anadan olmuşdu. 1972-ci ildə ailə üzvləri ilə birlikdə
Y.Kovalyov 1991-ci ildə Xocavənd rayonu ərazisində erməni işğalçılarına
qarşı aparılan
döyüş əməliyyatlarında
igidlik göstərib və oktyabrın 3-də qəhrəmancasına həlak
olub.
Ailəli idi.
Azərbaycan Respublikası
Prezidentinin 6 iyun
1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Kovalyov Yuri Petroviç ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı şəhərində Şəhidlər
xiyabanında dəfn olunub. Bakıdakı 229 nömrəli orta məktəb onun adını daşıyır.
Qasımov İxtiyar
Qasım oğlu
1970-ci il martın 22-də Ağdam rayonunun Salahlı kəndində anadan olmuşdu. O, səkkizinci sinfə kimi kəndlərindəki
məktəbdə oxumuş
və sonra təhsilini Bakıdakı
kimya-biologiya təmayüllü
məktəbdə davam
etdirmişdi. İxtiyar daha
sonra Kənd Təsərrüfatı Akademiyasının
aqronomluq fakültəsinə
daxil olmuşdu. 1992-ci ildə isə
könüllü olaraq
hərbi xidmətə
getmək üçün
rayon komissarlığına müraciət etmiş və Ağdam bölgəsində erməni
işğalçılarına qarşı gedən döyüşlərdə fəal
iştirak etmişdi.
Həmin
vaxt qəfildən qərargaha həyəcanlı
xəbər gəldi ki, erməni yaraqlıları çoxlu
qüvvə ilə rayonun Gülablı kəndinə hücuma keçiblər. Təcili kömək
lazımdır. Bu xəbər qərargaha çatan kimi döyüşə hazırlıq
əmri verildi. Sıraya ilk dayananlardan biri də elə İxtiyar oldu. O, xüsusi əmr alıb Gülablı kəndinə doğru üz tutdu. Hiyləgər düşmən isə kəndə mütləq əlavə qüvvələr gələcəyini
bildiyindən Gülablıya
gedən yolda pusqu qurmuşdu. İxtiyar ağlına belə gətirmədiyi bir yerdə atəş səsləri eşitdi. O, yaxınlıqda
olan düşmən tərəfə güllələr
yağdırmağa başladı.
Gərgin gedən döyüşlər
bir xeyli davam etdi. Kəndə doğru irəliləyə
bilməyən düşmən
İxtiyarın şücaəti
nəticəsində pusqu
qurduqları yerdən
qorxuya düşərək
qaçdılar.
İ.Qasımov 1992-ci il iyunun 14-də Canyataq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr
1992-ci il tarixli
350 nömrəli Fərmanı
ilə
Qasımov
İxtiyar Qasım oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ağdam rayonunun
Salahlı kənd qəbiristanlığında dəfn
olunub.Vaxtilə təhsil aldığl Salahlı kənd orta məktəbi
onun adını daşıyır.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin
materialları əsasında hazırladı: Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.28.