Şəhid Mübariz

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunub.

 

Vətən torpağı

Candan da əziz,

Keçdi hücuma

İgid Mübariz!

 

Açdın atəşi,

Qırdın yağını,

Verdin düşmənə

Sən göz dağını!

 

Qaldı arxasız

Hayın ilanı,

Əzdi başını

Yurdun aslanı!

 

Elin fəxr edir

Sən tək oğulla,

Adın Vətəndə

Döndü nağıla!

 

Verdi qeyrətin

Şəhid adını,

Aldın elindən

Ürək odunu!

 

Yurdun, məskənin

Tanrı məqamı,

Desin mübarək

Sənə el-hamı!

 

Şəhid "Quran"da

Diri sayılır,

Cənnət sizlərin

Yeri sayılır!

 

Adın şərəfdir,

Şərəf bizlərə,

Təpər ürəyə,

İşıq gözlərə!

 

Dildə dastandır,

Adın Mübariz,

Qoydun tarixdə

Sən bir şanlı iz!

 

 

Nafilə ABUZƏRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.17.