Norveçin Azərbaycana yeni
təyin olunmuş səfiri
ADU-da
Oktyabrın 12-də Azərbaycan
Dillər Universitetinin
rektoru, millət vəkili, professor Səməd
Seyidov Norveç Krallığının Azərbaycana
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Erlinq Şönsberqi qəbul edib.
Səfiri salamlayan Səməd Seyidov ADU ilə Norveç universitetləri
arasında əlaqələrin
mövcudluğundan söz
açıb. "Bizim
əlaqələrimiz uğurla
həyata keçirilir
və bu, digər layihələr baxımından da başqa universitetlərlə
əlaqələrimizə bir
nümunədir" - deyə
o, bildirib.
Səfir Erlinq Şönsberq bu layihənin inkişafından məmnun
olduğunu, tələbə
mübadiləsinin mədəniyyətin
inkişafına, həmçinin
təhsil sahəsindəki
əməkdaşlığa geniş rəvac verdiyini vurğulayıb. O, Oslo Universiteti
ilə ADU arasında ikitərəfli əlaqələrin
genişlənməsindən məmnunluğunu deyərək
bu layihənin davamını dəstəklədiyini
söyləyib.
Rektor Səməd Seyidov deyib ki, layihənin
genişlənməsi bizim
üçün əhəmiyyətlidir. O, bu ildən ADU-da Qafqazşünaslıq ixtisasının
açıldığını, Amerika, İsrail, Koreya, Fransa, İtaliya, İndoneziya və digər mərkəzlərin yaradıldığını
deyib. Bildirilib ki, bunların
içərisində Skandinaviya
Mərkəzinin xüsusi
çəkisi var və Norveç dili və mədəniyyətinin
öyrənilməsi vacibdir.
Sonra səfir ADU-dakı Skandinaviya Mərkəzində
olub və Norveç dili öyrənən tələbələrlə
görüşüb. Daha sonra o, ADU-nun İnformasiya
Resurs Kompleksi ilə
Xatırladaq ki, bu il iyunun 26-dan avqustun 6-dək ADU-nun 9 nəfər
müəllimi, 10 nəfər
tələbəsi Norveçin
Oslo Universitetində Beynəlxalq
Yay Məktəbində
iştirak edib. ADU-nun Skandinaviyaşünaslıq
fakültəsində 37 nəfər tələbə
təhsil alır. Adıçəkilən fakültədə 2 norveçli müəllim
çalışır. ADU-da Skandinaviya Mərkəzi Azərbaycan
Dillər Universiteti ilə Aqder və Oslo universitetləri
arasındakı əməkdaşlıq
nəticəsində 2007-ci il mayın
3-də açılıb.
Z.KAZIMOVA
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.4.