"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir

 

Oktyabrın 9-da Azərbaycan  Texniki Universitetində "İnsan alverinə qarşı mübarizə" mövzusuna  həsr olunmuş tədbir keçirildi.

Tədbirdə  Təhsil Nazirliyinin baş məsləhətçisi Eldar Əlizadə, Daxili İşlər Nazirliyi İnsan Alverinə  Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Fuad Əliyev, Beynəlxalq  Miqrasiya Təşkilatının Bakı ofisinin müdiri Sərxan Aktoprak, Təmiz Dünya Qeyri-Hökumət Təşkilatının prezidenti Mehriban Zeynalova, ATU-nun professor- müəllim  heyətinin üzvləri  tələbələr iştirak edirdilər.

ATU-nun tərbiyə işləri   üzrə prorektoru İsa Xəlilov "İnsan alverinə qarşı mübarizə" mövzusunda məruzəsində gənclərimizi ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa  çağırdı.

Sonra çıxış edənlər  insan alverinə qarşı mübarizənin günün  vacib tələbi olduğunu diqqətə çatdırdılar. Qeyd etdilər ki, insan alverinin törətdiyi fəsadlardan insanları xilas etmək lazımdır. Diqqətə çatdırıldı ki, artıq  17 ali təhsil  müəssisəsində bu istiqamətdə maarifləndirmə işləri aparılıb. Qeyd edildi ki, insan alveri ilə mübarizə bütün ictimaiyyəti düşündürməli hamı buna qarşı mübarizə aparmalıdır. 

Tədbirin sonunda tələbələrin  mövzu ilə bağlı sualları qonaqlar tərəfindən cavablandırıldı.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.24.