Həmyerlimizin idman uğurları

 

Ölkə başçısının  idmana  göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün yeniyetmələrin və gənclərin böyük əksəriyyəti idmanla məşğul olur, sağlam həyat tərzi keçirirlər. Əlbəttə, bu, çox sevindiricidir. Belə yeniyetmələrdən biri  Bakıdakı 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Tural Ağazadədir. O, idmanın karate  növü ilə məşğul olur. Hələ uşaq yaşlarından idmana maraq göstərən Tural 12 yaşında ölkəmizdə idman cəmiyyətləri arasında keçirilən yarışlarda uğurlar qazanaraq I yerə çıxmışdır.

Tural 2009-cu il mayın 25-də "Kanazava" kubokunda I yer, Gürcüstanın  Batumi şəhərində keçirilən "Prezident" kubokunda I yer, noyabr və dekabr  aylarında isə  Bakı və respublika  birinciliklərində I yeri tutmuşdur. O, 2010-cu ildə Bakıda keçirilən "Bakı Open" beynəlxalq turnirində qələbə qazanaraq həmin ilin sentyabrında İtaliyanın Venesiya şəhərində keçirilən Avropa çempionatına vəsiqə qazanmış və həmin turnirdə komanda və şəxsi döyüşlərdə də qələbə qazanaraq I yeri tutmuşdur. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.31.