Microsoftun yaradıcısı Bill Qeyts

  

Bill Qeyts 1955-ci ildə Amerikanın Seattle vilayətində dünyaya göz açıb. O, Microsoft şirkətinin yaradıcılarından biri və başkanıdır. "Forbes" dərgisinə görə, 2009-cu ildə o, dünyanın ən varlı adamı olub. Varidatının həcmi 60 milyard dollardır. Amerikalı adamı Qeyts 2 nəfərlik şirkətini (Microsoft) məşhur  bir kompüter şirkətinə çevirdi. Qeyts 20-ci yüzilliyin son vaxtlarında ən uğurlu şirkət rəhbərlərindən biri oldu. Vəkil  ata ilə müəllim ananın oğlu olaraq dünyaya gələn Qeyts hələ uşaq yaşlarından kompüterə maraq göstərmişdir. O, 12 yaşında ikən özəl bir məktəbdə informatika kurslarına getmiş, kompüter biliyini artırmışdır.

Məktəb yoldaşı Paul Allen ilə birlikdə boş vaxtlarında kompüter proqramları üzərində çalışaraq, elmin dərinliklərini mənimsəyirdi. Yaxınlıqdakı bir şirkətin kompüterlərini pul ödəmədən istifadə edə bilmək məqsədilə iki yoldaş istifadəçilər üçün proqram səhvlərini axtarıb tapırdılar. Bu şəkildə kompüter sahəsində mütəxəssisləşən şagirdlər  1972-ci ildə ilk şirkətlərini (Traf-o data) qurdular. Bu şirkətdə dostlar uğur və nailiyyətlər qazanaraq yeni-yeni işlərə addım atdılar. Bu şirkət bir trafik sayma və idarə sistemi üçün proqramlar çıxararaq dərhal  20000 dollarlıq satış etdi. 

Fərdi kompüterlər 70-ci illərin ortasında hələ  inkişaflarının ilk mərhələsində idi.  MITS şirkətinin Altair adını verdikləri ən önəmli nümunəsi hələ tək işlənə bilən bir proqrama  sahib olmayıb, ancaq tamamlanmamış bir əməliyyat sisteminə sahib idi. QeytsAllenin 1974-cü ildə yaratdıqları, inkişaf etdirdikləri proqram dili BASİC sayəsində kompüter istifadəçiləri proqramlarını özləri yaza bilirdilər. MITS şirkəti gənc araşdırmaçılardan  satışa çıxarma sənədini satın alaraq sistemi daha da inkişaf etdirmələri  üçün sifariş verdi.

Bill  Qeyts 1975-ci ildə Harvard Universitetinə daxil olub, ancaq  təhsilini buraxaraq Allen ilə birlikdə Albuquerque Neu Mexicoda Microsoft adlı şirkəti qurdu. Microsoft  stabilliklə mikro kompüterlər üçün proqramı inkişaf etdirməyə həsr edən ilk işlətmələrdən biridir. Aradan qısa bir müddət keçdikdən sonra "General Electric" kimi şirkətlər müştəriləri arasında idi.  1977-ci ildə Pol Allenlə Bill Qeyts arasında yoldaşlıq razılığı imzalanır. Həmin ildə Qeyts alətlərini BASİC ilə təchiz edə bilmək məqsədilə Apple fərdi kompüter istehlakçıları ilə müqavilələr imzaladı. Ayrıca FORTRAN, KOBOL və Paskal proqramlama dili kimi proqram dillərini inkişaf etdirməklə Microsofta bir üstünlük və beynəlxalq bazar yollarına çıxmaq şəraitini yaratdı. 1978-ci ildə Microsoft adlı ilk beynəlxalq satış ofisi  Yaponiyada açıldı.  1979-cu ildə Microsoftun əsas ofisi Əlbukərkədən Vaşinqton ştatının Bellevyu şəhərinə köçürülür. Qeyts 13 işçisi ilə təxminən 3 milyon dollarlıq bir satış reallaşdıra bildi. Qeyts ağıllı uzaqgörənliklə 80-ci illərdə dünya səviyyəsində satış rekordları əldə etdi. 1000 işçisi olan şirkət 80-ci illərin ortasında Avropada şöbələr qurdu.

Şirkətin başçısı Qeyts tutarlı qrup işinə   səmərə qanununa əhəmiyyət verirdi. Qeyts əməliyyat sisteminə paralel olaraq tətbiq proqramları sahəsində son dərəcə müvəffəqiyyətli işlər ortaya qoyurdu. Microsoftun proqram sahəsindəki qəti müvəffəqiyyəti Apple şirkətinin özlərinə verdikləri sifarişlə reallaşdı. Qeyts şirkətini 1986-cı ildə anonim şirkətə çevirdi. Aradan çox keçmədən tək öz payının dəyəri 1 milyard  dollar oldu.

MS-DOS əməliyyat sisteminin qrafik yaxşılaşdırması olan Vindovsun inkişaf etdirilməsi işlərinə Qeyts 1985-ci ildə başlamışdır. Vindovs bir satışa çıxarma kompaniyası ilə çox müvəffəqiyyət qazandı. Microsoft sistemi proqram işçiləri ilə daha da genişləndirildi. Qeyts xüsusilə Vindovsu daha sadə daha rahat bir formaya salmağa əhəmiyyət verirdi. Microsoft 1993-cü ildə mübahisə müzakirəsiz bazarın lideri oldu. İllik gəlir 36 milyard dollar birja dəyəri 140 milyard dolların üstündə idi. Qeytsin fərdi sərvəti təxminən 62 milyard dollar (2007-ci ilin fevral ayına görə) təxmin edilməkdədir. Qeyts 2008-ci ildə Microsoftun reklamlarında iştirak etdi. Qeyts dünyanın ən varlı insanlarından biridir. Evinin böyüklüyü 5000  kv metrdir. Qeyts evində məşhur rəssam Leonardo Da Vinçinin əlyazmalarını saxlamaqdadır. Bill Qeyts saniyədə 250 dollar qazanmaqdadır.

 

 

Hazırladı: Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.29.