BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib

 

Oktyabrın 12-də  Bakı Slavyan Universitetində Belarus Respublikasının ölkəmizdəki səfirliyi və BSU-nun birgə  təşkilatçılığı ilə Belarus dili və mədəniyəti mərkəzində BSU və BDPU-nun (Belarus Dövlət Pedaqoji Universiteti) elmi-pedaqoji  kollektivlərinin birgə  fəaliyyətinin nəticəsi olan "Dildəbiyyat və ictimai-siyasi elmlər" seriyalarının cəmləşdiyi "Elmi əsərlər"in təqdimetmə mərasimi   keçirildi.

Mərasimi giriş sözü ilə açan Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli  səfiri  N.Y.Patskeviç qeyd etdi ki,  Azərbaycanla Belarus arasında bütün sahələr üzrə  münasibətlər yüksək səviyyədə inkişaf etmişdir: "Əminəm ki, humanitar sahədə də genişlənən əlaqələrimiz dövlətlərimiz  arasında qarşılıqlı dostluq və  qardaşlıq  münasibətlərinin möhkəmlənməsinə kömək  edəcəkdir".

BSU-nun rektolru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində görülən işlərin  vacibliyindən danışdı.

Azərbaycan Respublikası  Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan - Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Arif  Mehdiyev iki ali məktəbin yaradıcı kollektivini "Elmi əsərlər"in nəşri münasibəti ilə təbrik etdi və birgə görülən işin əhəmiyyətini dəyərləndirdi.

Təqdimetmə mərasimi diskussiya  şəraitində başa çatdı. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.14.