Yeniyetmələrin I Yay Olimpiya
Oyunlarının qızıl medalçısı
Sinqapurda keçirilən Yeniyetmələrin
I Yay Olimpiya
Oyunlarında iştirak etmiş
idmançılarımız bu
yaxınlarda inamlı qələbə ilə vətənə
qayıtmışlar. Ağırlıqqaldırma üzrə
ölkəmizi təmsil etmiş Nicat Rəhimov uğurla
çıxış edərək olimpiya
oyunlarının qızıl mükafatına layiq
görülüb. Nicat
Rəhimov 1993-cü ildə Qazax rayonunda anadan olub. Bakıdakı 1 nömrəli Masazır qəsəbə orta məktəbinin
XI sinfində oxuyur, "Neftçi"
İdman Sağlamlıq Mərkəzinin üzvüdür.
Bu yaxınlarda ölkə başçısının sərəncamına
əsasən mükafatlandırılan
Nicat Rəhimovu təbrik edərək redaksiyamıza dəvət
etdik. O, əldə etdiyi nailiyyətlərindən
söz açaraq dedi:
- Doğrusu,
atam Əli Rəhimov idmançı olduğundan, elə kiçik yaşlarımdan
idmanı seçmişəm
və şəxsi məşqçim
də atamdır. Amma bu nailiyyətlərin
qazanılmasında şəxsi
məşqçimlə bərabər,
ağırlıqqaldırma üzrə dünya çempionu, baş məşqçi Nizami Paşayevin də xüsusi əməyi var.
2006-cı il
idmanın ağırlıqqaldırma növü üzrə Bakı çempionatında IV yeri,
2008-ci ildə Fransada Avropa çempionatında
XII yeri, 2009-cu il Tailandda Dünya çempionatında
VI yeri, 2009-cu il İsraildə keçirilən
yarışda V yeri və 2010-cu ilin may ayında İspaniyanın
Valensiya şəhərində
Avropa çempionatında
I yeri və 2010-cu il avqust ayında
Sinqapurda keçirilən
yarışda I yeri tutmuşam. İştirak etdiyim bütün bu yarışlarda 17 qızıl,
3 gümüş və
1 bürünc medal qazanmışam.
Oxuduğu məktəbdə
müəllimlərimin tapşırıqlarını
vaxtında və keyfiyyətlə yerinə
yetirdiyini deyən Nicat qeyd etdi
ki, idmanı çox sevirəm. İdmanla məşğul
olmaqdan və qazandığım uğurlardan
ləzzət alıram,
ürəkdən sevinirəm.
Orta məktəbi qurtardıqdan sonra məşğul olduğum
sahə üzrə də ali təhsil
almağı qarşıma
məqsəd qoymuşam.
İdman həyatımda
yaddaqalan anlar çox olub. Lakin bunların içərisində bu il avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyevin biz idmançıları qəbul
etdiyi gün yaddaşımdan heç vaxt silinməyəcək.
Mən həmin
görüşdə çıxış
edərək göstərilən
diqqət və qayğıya görə dövlətimizin
başçısına idmançıların
minnətdarlığını çatdırdım.
Azərbaycan idmanının
adını ucaltmaq üçün bundan sonra da əlimdən
gələni
edəcəyimə söz
verirəm.
Biz də, öz növbəmizdə,
qızıl medalın sahibi Nicat Rəhimova gələcək
yarışlarda yeni-yeni
uğurlar arzulayırıq.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.8.