Qaliblər mükafatlandırıldılar

 

Dövlət Müstəqilliyi Günü  münasibətilə Nizami  Rayon  Uşaq-Gənclər  Yaradıcılıq Mərkəzində  məktəblilər arasında  şahmat yarışı  və "Yaşa, müstəqil Azərbaycanım!" adlı   tədbir keçirildi. Tədbirdə Təhsil  Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi Maral Salmanova,  Uşaq birliyinin  rəhbərləri , mərkəzin pedaqoji kollektivi və dərnək üzvləri  iştirak edirdilər. Öncə Azərbaycanın Dövlət himni səsləndi.  Mərkəzin direktoru Lalə Qəti iştirakçıları   müstəqillik günü münasibətilə  təbrik etdi.

Sonra yarış başlandı. Olduqca gərgin  keçən bacarıq və istedad  yarışmasında  Nurlan Şabanov I, Sədrəddin Məmmədov II və Əli Cavadlı III yerləri tutdular. Qaliblərə fəxri fərman, kubok və hədiyyələr təqdim olundu.

"Yaşa, müstəqil Azərbaycanım!" şeir musabiqəsində  isə  bədii qiraətçilər  görkəmli şair və yazıçılarımızın - M.Arazın. H.Arifin, C.Novruzun, R.Zəkanın, Z.Yaqubun  və b. şeirlərini səsləndirdilər. Bu yarışmada isə  Kəmalə Mehrəliyeva,  Rəqsanə Qarakişiyeva, Ayan Sadıqzadə qalib gəldilər. Həmin  gün  Nizami rayon UGYM-də  sevincli anlar yaşandı.

 

 

Sifai  SƏFƏROVA 

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.8.