Ağcabədi şahmatçıları fərqləniblər

 

Ağcabədi rayonunda müasir tələblərə cavab verən Uşaq  Şahmat Məktəbi və Yaradıcı Gənclər Mərkəzi üçün ikimərtəbəli yeni bina inşa edilir. Layihəyə görə, ümumi ərazisi 574 kvadratmetr nəzərdə tutulan bina 10 sinif otağından və 150 kvadratmetrlik yarış zalından ibarətdir.  Tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilir. Müəssisənin 2011-2012-ci tədris ilinədək istifadəyə verilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, 5-14 sentyabr 2010-cu il tarixlərində "Təhsil" Respublika İdman Cəmiyyətinin Tovuz şəhərində keçirilən  şahmat üzrə açıq respublika çempionatında Ağcabədi şahmatçılarından Əsmər Həsənova 8 yaş qrupunda, Aysun Bədəlova isə 10 yaş qrupunda bütün rəqiblərini üstələyərək I yeri tutmuşlar. 12 yaş qrupunda iştirak edən Orxan Sərxanlı isə II yerə layiq görülmüşdür. 

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.8.