Dövlət Müstəqilliyi Günü qeyd edilib
Lənkəran Dövlət Universitetində
Dövlət Müstəqilliyi
Gününə həsr
edilmiş təntənəli
yığıncaq keçirilmişdir.
Yığıncağı universitetin rektoru,
əməkdar elm xadimi,
fizika-riyaziyyat elmləri
doktoru, professor Asəf
İsgəndərov açmış,
tədbir iştirakçılarını
bayram münasibətilə
təbrik etmişdir.
Azərbaycan Respublikasının Dövlət
himni səslənmişdir. LDU-nun humanitar
elmlər fakültəsinin
dekanı, tarix elmləri namizədi, dosent Rakif İbadov
"Heydər Əliyev
müstəqil Azərbaycan
dövlətinin qurucusu
və banisidir" mövzusunda məruzə edərək bildirmişdir
ki, müstəqil Azərbaycanın xilası,
müstəqilliyimizin qorunması
və inkişafı,
dövlətimizin beynəlxalq
nüfuzunun artması
ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Dil və ədəbiyyat kafedrasının
dosenti, filologiya elmləri namizədi Mirhüseyn Abbas, coğrafiya-ekologiya kafedrasının
müdiri, dosent Balayar Şahbazov, baş müəllim Kamal Mahmudov, tələbələrdən Seymur
Murtuzayev, Rufanə Diyarova, Gülşən Kişizadə və başqaları çıxış
edərək bildirmişlər
ki, dahi rəhbərin müdrik siyasəti və geniş fəaliyyəti nəticəsində müstəqil
Azərbaycan inkişaf
edib möhkəmlənmişdir
və bu siyasət ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Təhsildə və universitetin ictimai həyatında fərqlənən müəllim
və tələbələrin
bir qrupuna rektorluq tərəfindən
Fəxri fərman təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına müraciət
qəbul edilmişdir.
Hacı Etibar
ƏHƏDOV
Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.4.