Ümumi orta və tam orta təhsil səviyyələri üzrə
buraxılış imtahanlarının
aparılması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Son illər respublikanın (Naxçıvan
MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində
və peşə liseylərində ümumi
orta və tam orta təhsil səviyyələri üzrə
buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinə
müsbət təsir
etmiş və ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanmışdır.
Buraxılış imtahanlarının
yeni qaydada aparılmasının son nəticədə
təhsilin keyfiyyətinin
yüksəlməsinə təsir
edən amillərdən
biri olduğunu nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 2010-2011-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın.
2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilsin.
3. Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2011-ci ilin 13 fevral - 17 aprel tarixlərində keçirilsin.
3.1. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin:
- Bakı
şəhərində 13 fevral
2011-ci il tarixində;
- Şirvan
şəhəri, Ağcabədi,
Hacıqabul, Kürdəmir,
Saatlı, Sabirabad, Beyləqan,
İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 20 fevral
2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı,
Salyan və Neftçala rayonlarında
13 mart 2011-ci il tarixində;
- Gəncə,
Mingəçevir və
Naftalan şəhərləri,
Ağsu, Ağdaş,
Göyçay, Samux, Daşkəsən, Goranboy,
Göygöl, Xocavənd
və Tərtər rayonlarında 27 mart 2011-ci il
tarixində;
- Şamaxı,
İsmayıllı, Qəbələ,
Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı
rayonlarında 03 aprel
2011-ci il tarixində;
- Sumqayıt
şəhəri, Abşeron,
Quba, Qusar, Xaçmaz, Siyəzən,
Şabran və Xızı rayonlarında
10 aprel 2011-ci il tarixində;
- Ağdam,
Ağstafa, Bərdə,
Füzuli, Gədəbəy,
Qazax, Şəmkir, Tovuz və Yevlax
rayonlarında 17 aprel
2011-ci il tarixində;
- Peşə
liseylərində 27 fevral
2011-ci il tarixində;
- Məcburi
köçkün rayonlarının
işğal altında
olan ərazilərində
ümumtəhsil məktəblərində
yoxlama imtahanı onların məskunlaşdıqları
şəhər və
rayonların ümumtəhsil
məktəbləri üçün
bu əmrlə müəyyənləşdirilmiş tarixdə.
3.2.Yoxlama
imtahanının nəticələri
keçirildiyi tarixdə
jurnala yazılsın və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri
nəzərə alınmaqla
çıxarılsın.
4. Ümumi orta və tam orta təhsil səviyyələri
üzrə buraxılış
imtahanları aşağıdakı
şəhər və
rayonlarda göstərilən
tarixlərdə keçirilsin:
- Şirvan
şəhəri, Ağcabədi,
Hacıqabul, Kürdəmir,
Saatlı, Sabirabad, Beyləqan,
İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 02 iyun 2011-ci
il tarixində;
- Sumqayıt
şəhəri, Abşeron,
Quba, Qusar, Xaçmaz, Siyəzən,
Şabran və Xızı rayonlarında 04 iyun 2011-ci
il tarixində;
- Şamaxı,
İsmayıllı, Qəbələ,
Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı
rayonlarında 07 iyun
2011-ci il tarixində;
- Gəncə,
Mingəçevir və
Naftalan şəhərləri,
Ağsu, Ağdaş,
Göyçay, Samux, Daşkəsən, Goranboy,
Göygöl, Xocavənd
və Tərtər rayonlarında 10 iyun 2011-ci
il tarixində;
- Ağdam,
Ağstafa, Bərdə,
Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax
rayonlarında 13 iyun
2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı,
Salyan və Neftçala rayonlarında
16 iyun 2011-ci il
tarixində;
- Bakı
şəhərində 17 iyun
2011-ci il tarixində;
- Peşə
liseylərində 24 aprel
2011-ci il tarixində;
- Məcburi
köçkün rayonlarının
işğal altında
olan ərazilərinə
aid ümumtəhsil məktəblərində
buraxılış imtahanı
onların məskunlaşdıqları
şəhər və
rayonların ümumtəhsil
məktəbləri üçün
bu əmrlə müəyyənləşdirilmiş tarixdə.
5. Tam orta təhsil səviyyəsi üzrə
təkrar imtahanlar müvafiq şəhər
və rayonlarda göstərilən
tarixlərdə keçirilsin.
6. Ümumi orta və tam orta təhsil səviyyələri
üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tarixində Bakı şəhərində
keçirilsin.
7. Təlim gürcü dilində olan məktəblərin IX (X) və
XI (XII) siniflərində buraxılış
imtahanlarının aparılması
Təhsil Nazirliyi tərəfindən hazırlanmış
imtahan materialları gürcü dilinə tərcümə edilməklə,
müvafiq rayon təhsil
şöbələrinə tapşırılsın.
8. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi prinsiplərinə
uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri,
X və XI siniflərin
illik qiymətləri və buraxılış imtahanı qiymətləri
əsasında hesablansın.
Şəhadətnaməyə yazılacaq yekun
qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və
IX siniflərin illik qiymətləri və buraxılış imtahanı
qiymətləri əsasında
hesablansın.
9. Buraxılış imtahanlarının
keçirilməsi ilə
əlaqədar peşə
liseyləri və ümumtəhsil məktəblərinin
şagirdləri, müəllim
və valideynləri arasında 2010-cu ilin oktyabr-noyabr aylarında təlimati işlər aparılsın.
10. Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) və Təhsilin idarəolunmasının
məlumat sistemləri
şöbəsi (İ.Sadıqov)
ümumi orta və tam orta təhsil səviyyələri
üzrə imtahan verən şagirdlər haqqında müvafiq baza məlumatlarının
toplanmasını həyata
keçirsin.
11. Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsi (F.Qədirov)
imtahan nəticələrinin
təhlili əsasında
zəruri təşkilati
mexanizmlərin qurulması,
onların koordinasiya olunması ilə bağlı təkliflər
hazırlasın.
12. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva),
Gəncə Şəhər
Təhsil İdarəsi
(M.Əliyev), bütün
şəhər (rayon) təhsil
şöbələri, bilavasitə
Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin
və peşə liseylərinin direktorları:
12.1. Ümumi
orta və tam orta təhsil səviyyələri üzrə
buraxılış imtahanlarının
keçirilməsi ilə
əlaqədar olaraq məktəb rəhbərlərinin,
müəllimlərin, şagirdlərin
və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini
təşkil etsinlər;
12.2. İmtahan
mərkəzlərini müəyyənləşdirərkən
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi
ilə razılaşdırsınlar;
12.3. Buraxılış
sinif şagirdlərinin
yoxlama və buraxılış imtahanlarında
iştirakını təmin
etsinlər;
12.4. Ümumi
orta təhsil səviyyəsi üzrə
şagirdlərin eksternat
və payız imtahanlarında maksimum iştirakını təmin
etsinlər;
12.5. Tam orta
təhsil səviyyəsi
üzrə şagirdlərin
təkrar və eksternat imtahanlarında maksimum iştirakını
təmin etsinlər.
13. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov), Texniki
peşə təhsili
şöbəsi (N.Məmmədov)
nəzərdə tutulmuş
tədbirlərin həyata
keçirilməsi ilə
bağlı şəhər
(rayon) təhsil şöbələrinə
və peşə liseylərinə lazımi
köməklik göstərsinlər.
14. İqtisadiyyat
şöbəsi (Ş.Əliyev) imtahan materiallarının
çap olunması ilə bağlı smeta sənədlərinin
hazırlanmasını təmin etsin.
15.
İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını, yoxlama və buraxılış
imtahanlarının nəticələrinin ictimaiyyətə
çatdırılmasını həyata keçirsin.
16. Əmrin
icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
18 oktyabr 2010-cu il
Azərbaycan müəllimi.-
2010.- 29 oktyabr.- S.3.