Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilib

 

Oktyabrın 22-də Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Novxanı qəsəbəsində yerləşən AF Hotel Akva-park kompleksinin konfrans zalında iki beynəlxalq tədbir keçirilib. Bunlardan biri "Müqayisəli ədəbiyyatşünaslıq: ədəbiyyatlarda mədəniyyətlərdə arxetiplər" mövzusunda IV Beynəlxalq elmi konfrans, digəri isə BSU-nun Türkiyənin nüfuzlu Qazi Universiteti ilə birgə təşkil etdiyi "Türk dili ədəbiyyatının tədrisi" I Beynəlxalq simpoziumdur. Qeyd edək ki, simpozium türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuşdu. "Müqayisəli ədəbiyyatşünaslıq: ədəbiyyatlarda mədəniyyətlərdə arxetiplər" mövzusunda keçirilən ənənəvi beynəlxalq elmi konfransın məqsədi müqayisəli təhlil birgə müzakirələr vasitəsilə mürəkkəb çoxmənalı arxetip məfhumunun mahiyyətinə aydınlıq gətirmək, ədəbiyyatşünaslığın ən müxtəlif problemlərini təqdim etməkdir. Konfransda Türkiyə, Rusiya, ABŞ, İsveç, Avstriya, İngiltərə, Çin, İran, İraq, BƏƏ sair olmaqla 20-dən çox ölkədən elm xadimləri iştirak edib. Konfransın işi "Dildə tərcümədə arxetiplər", "Leyli Məcnun arxetipi Şərqdə Qərbdə", "Mənbə interpretasiya", "Arxetip simvol obraz kimi", "Arxetiplər yeni transformasiyada fan-fikşn", "Mifoloji arxetiplər totemlər", "Qlobal anlayışın lokal interpretasiyası" kimi bölmələrdən təşkil olunub. "Türk dili ədəbiyyatının tədrisi" adlı I Beynəlxalq simpoziuma Türkiyənin Qazi, Səlcuq İstanbul Kültür universitetlərindən 24 professor aparıcı elmi işçi qatılıb. Hər iki ölkənin tanınmış türkoloq alimlərinin, müəllim tələbələrinin iştirakı ilə təşkil olunan simpoziumda gənclərə hərbi milli-vətənpərvərlik hisslərinin aşılanması, onların siyasi dünyagörüşünün estetik düşüncəsinin mili ruhda köklənməsində türkdilli ədəbiyyatın əhəmiyyətindən bəhs edilib. Elmi konfransların birgə plenar iclasını  giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev qonaqları salamlayaraq, hər iki tədbir haqqında iştirakçılara məlumat verib. O, Azərbaycanın paytaxtında dünyanın məşhur alimlərinin bir araya gələrək, humanitar elmin problemlərini araşdırmalarını əlamətdar hadisə kimi qiymətləndirib, bunun mədəniyyətlərin elmin inteqrasiyası yolunda əhəmiyyətli addım olduğunu söyləyib. Rektor ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılan onun ideyalarını həyata keçirən BSU-nun fəaliyyətindən danışıb, bu nüfuzlu təhsil ocağına rəhbərlik etməsindən qürur duyduğunu bildirib.

K.Abdullayev vurğulayıb ki, 2000-ci ildən etibarən BSU-da 5 fakültə fəaliyyət göstərir. "BSU-da "Lügət mərkəzi", "Türk-slavyan əlaqələri", "Tərcümə problemləri", "Beynəlxalq münasibətlər" elmi tədqiqat laboratoriyaları, "Azərbaycanşünaslıq" elmi-tədris mərkəzi yaradılıb. Bildirildi ki, universitetdə yüksəkixtisaslı bakalavr magistr hazırlığını həyata keçirən fakültə kafedralardan, həmçinin ümumi tədris leksikoqrafiyasının, psixolinqvistika bilinqvizmin, türk-slavyan ədəbi mənəvi əlaqələrini, azərbaycanşünaslığın aktual problemlərini tədqiq edən elmi tədqiqat laboratoriyalarından başqa, Xarici əlaqələr şöbəsi, ümumtəhsil tədris proqramlı humanitar lisey, Ukrayna bazar günü məktəbi, Nəşriyyat-poliqrafiya mərkəzi, Tələbə teatrı, "Səfir saatı" klubu, Qiyabi təhsil şöbəsi, Magistratura şöbəsi, aspirantura doktorantura fəaliyyət göstərir. Universitetdə "BSU-nun elmi əsərləri", "Azərbaycanda rus dili ədəbiyyatı" elmi metodik jurnal, alim müəllimlərin, aspirant magistrantların elmi məqalələr məcmuələri nəşr edilir, "Tələbə dünyası" qəzeti çap olunur. 2002-ci ildən etibarən BSU-da elmlər namizədi doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şura fəaliyyət göstərir. BSU-da ali məktəb tələbələri üçün elmin müasir tələblərinə cavab verən yeni dərsliklər tədris vəsaitlərinin, lüğət məlumat ədəbiyyatının, tədris proqramları metodik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilir. Bütün ixtisaslar üzrə yeni tədris proqramlarının tərtib edilməsi, rus ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, praktik rus dili, pedaqogika, rus dilçiliyi elmin digər sahələri üzrə ali məktəb tələbələri üçün dərsliklərin, tədris vəsaitlərinin çapa hazırlanıb nəşr edilməsi, həmçinin dördcildli "Azərbaycanca-rusca lüğət"in işıq üzü görməsi buna bariz nümunədir.  

Digər çıxış edənlər - İsmət Çətin, Taciser Onuk, Ayşe Melek Özyetgin, Əli Əhməd Arslan, Ömür Ceylan (Türkiyə), Sadik Göhər (BƏƏ), Lüdmila Boris (Rusiya), Yordan Lüskanov (Bolqarıstan), İnna Kalita (Çexiya), Saymon Zotqenfray (İsveç), Angelina Saule (Avstraliya), BSU-nun professoru Rəhilə Qeybullayeva tədbirin əhəmiyyətindən danışmış, əldə olunacaq elmi nəticələrin komparativistika dilçilik elminə layiqli töhfələr verəcəyinə ümidvar olduqlarını bildirmişlər.

Sonra konfrans simpozium işini bölmə iclaslarında davam etdirmişdir.

Qeyd edək ki, konfrans və simpoziumda iştirak edən alimlər tədbir çərçivəsində BSU-nun tələbə və magistrləri ilə görüşmüş, müxtəlif mövzularda dərslər keçmişlər. Hər iki tədbir öz işini oktyabrın 23-də başa çatdırmışdır.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.5.