Azərbaycan Respublikası Təhsil Nazirliyi  

 

Azərbaycan Respublikası   Xarici İşlər Nazirliyi

 

Azərbaycan Respublikası Mədəniyyət  Turizm Nazirliyi

 

 Azərbaycan Respublikası  Gənclər İdman Nazirliyi

 

 Azərbaycan Respublikası Ailə, Qadın Uşaq  Problemləri üzrə Dövlət  Komitəsi

 

 

QƏRAR

 

N 1371

 

Bakı şəhəri,  19.10.2010-cu il

 

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan  haqqında bilirəm" mövzusunda müsabiqənin keçirilməsi haqqında

 

Ölkəmiz, onun təhsili, mədəniyyəti haqqında Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqlarında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək  məqsədilə 

 

QƏRARA ALIR

 

1. Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan haqqında bilirəm" mövzusunda inşa, şeir, rəsm, rəqs müxtəlif əl işləri nominasiyaları üzrə müsabiqə keçirilsin.

2. Bu müsabiqə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Turizm Nazirliyi, Gənclər İdman Nazirliyi, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tədbiri sayılsın.

3. Müsabiqənin təşkili keçirilməsi üzrə əsasnamə münsiflər heyətinin tərkibi (əlavə 1, 2) təsdiq edilsin.

4. Müsabiqə ilə bağlı məlumatlar təşkilatçılar tərəfindən kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılsın.

5.  Xarici İşlər Nazirliyi  müsabiqə ilə bağlı Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərini beynəlxalq təşkilatların nümayəndəliklərini məlumatlandırsın.

6. Təşkilatçıların hər biri bir nominasiya üzrə I, II III yerlərin qaliblərinə hədiyyələrin alınmasını təmin etsinlər. İştirakçılara diplomlar sertifikatlar vahid formada Təhsil Nazirliyi tərəfindən hazırlansın. Digər təşkilatçılar tərəfindən isə hər bir iştirakçıya Azərbaycanla bağlı xatirə hədiyyəsi (suvenir, CD, kitab s.) verilsin.

7. Qərarın icrasına nəzarət təhsil nazirinin müavini E.Qasımova həvalə edilsin.

 

 

 

Misir MƏRDANOV,                     Azərbaycan Respublikasının təhsil naziri

Elmar MƏMMƏDYAROV,        Azərbaycan Respublikasının xarici işlər naziri

Əbülfəs QARAYEV,                   Azərbaycan Respublikasının mədəniyyət turizm   naziri

Azad RƏHİMOV,                       Azərbaycan Respublikası gənclər idman naziri

Hicran HÜSEYNOVA,               Azərbaycan Respublikası Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

 

 

 Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.3.