Dövlət İdarəçilik
Akademiyasında yeni təlim
kurslarının açılışı olub
Oktyabrın 26-da Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasında
baş ofisi Böyük Britaniyada yerləşən beynəlxalq
"Global Certification Limited" şirkətinin
Azərbaycan üzrə
nümayəndəliyinin iştirakı
ilə yeni təlim kurslarının açılışı oldu.
Tədbiri giriş
sözü ilə DİA-nın I
prorektoru, professor Əlikram
Abdullayev açaraq bildirdi ki, Azərbaycanda artıq 6 ildir fəaliyyət göstərən
şirkət əsas etibarı ilə kadr xidmətinin idarə edilməsinə dair təlimlər keçirilməsi, keyfiyyətin
idarəedilməsi və
informasiya təhlükəsizliyi
sistemi, peşə təhlükəsizliyi və əməyin mühafizəsi idarəetmə
sistemi, ətraf mühitin qorunması və mühafizəsi sistemlərinin
qurulması və s. sahələr
üzrə
beynəlxalq statuslu
sertifikatların verilməsi
ilə məşğul
olur.
Bu sertifikatlar
dünyanın 159 ölkəsində
tanınır və beynəlxalq
əmək bazarının
imkanlarından faydalanmaq
üçün geniş
imkanlar açır. Həmçinin
şirkət dövlət
təşkilatları və özəl
müəssisələrdə təlim və beynəlxalq statuslu treninqlərin verilməsi işini də həyata keçirir.
Məqsəd akademiyada
çalışan və
təhsil alan, xüsusilə menecment sahəsində
ixtisaslaşanların idarəçilik
bacarıqlarının artırılması, onlara
keyfiyyətin
idarəolunması kimi
çox aktual bir məsələyə dair ən yeni biliklərin verilməsidir.
Sonda kursun asılışı
ilə bağlı iştirakçıları maraqlandıran
suallar cavablandırıldı.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.1.