Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktoruna sertifikat verildi

 

Təhsil Nazirliyinin 2010-cu il 5 iyul tarixli  971 nömrəli "Ümumtəhsil məktəblərinin səmərəli idarə olunması mövzusunda təlim kurslarının keçirilməsi barədə" əmrinə uyğun olaraq YUNİSEF-in "Məktəb uşağın dostudur" layihəsi çərçivəsində 6-9 oktyabr 18-23 oktyabr 2010-cu il tarixlərində məktəb direktorları üçün təlim kursları keçirilmişdir.

Oktyabrin 23-də Təhsil Nazirliyində həmin kursları başa vurmuş təlimçilərlə görüş keçirildi.

Görüş iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov "Məktəb uşağin dostudur" layihəsinin şagirdlərə bərabər imkanların yaradılması, səmərəli idarəetmə, interaktiv təlim texnologiyalarının tətbiqi, təlim nəticələrinin düzgün qiymətləndirilməsi, məktəb, valideyn ictimaiyyət arasında sıx əməkdaşlıq münasibətlərinin təmin edilməsi, əlverişli, cəlbedici, maraqlı tədris mühitinin yaradılması baxımından mühüm rol oynadığını, bütün bunların keyfiyyətli təhsil tədris prosesini təmin etməklə yanaşı, həm cəmiyyətdə məktəbə, müəllimə olan etimadı möhkəmləndirən başlıca amil olduğunu bildirdi. Bu layihənin əslində təhsil islahatlarının bir hissəsi olduğunu qeyd edən nazir təlimlərə Bakı şəhəri ilə yanaşı, müxtəlif bölgələrdən olan məktəb direktorlarının da cəlb olunmasını təqdirəlayiq hal kimi dəyərləndirdi gələcəkdə təlimlərdə iştirak edəcək şəxslərin seçimində bu amilə diqqət yetirilməsinin vacibliyini vurğuladı.

Tədbir iştirakçılarına Təhsil Nazirliyi YUNİSEF-in birgə dəstəyi ilə reallaşdırılan "Məktəb uşağın dostudur" layihəsi haqqında məlumat verən Bakı Avropa Liseyinin direktoru, "İnkişaf" Tədqiqat Mərkəzinin rəhbəri Zülfiyyə Veysova  bildirdi ki, ümumtəhsil məktəblərinin səmərəli idarə olunması təlimi "Məktəb uşağın dostudur" layihəsinin 5 əsas komponentindən biridir. Bu layihənin məqsədi seçilmiş rayonlarda məktəb direktorları üçün potensialın inkişaf etdirilməsi üzrə təlim proqramı həyata keçirməklə Təhsil Nazirliyinə məktəbin idarə edilməsinin təkmilləşdirilməsi komponentinə xüsusi diqqət verərək "Məktəb uşağın dostudur" layihəsi uzrə keyfiyyət standartlarını tətbiq etməklə yardım göstərməkdir. "Ümumtəhsil məktəblərinin səmərəli idarə olunması" mövzusunda təlim kursu 2010-cu ilin iyulunda keçirilib. Kursda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindən, Quba, Lənkəran, Füzuli, İmişli, Qusar Masallı rayonlarından olan 100 nəfər məktəb direktoru iştirak edib. Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktorunun cari ilin oktyabrinda təlimlərin II mərhələsində müvəffəqiyyətlə iştirak etdiyini onların təlimçi kimi müvafiq sertifikatlara layiq görüldüyünü vurğulayan Z.Veysova tədris ocaqlarının idarə olunması işinin təkmilləşdirilməsində, məktəb rəhbərlərinin təşəbbüskarlıqlarının artırılmasında layihənin müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırdı.

"Məktəb uşağın dostudur" layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil nazirinə təşəkkürünü bildirən YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin əvəzi Rəşid Mustafa Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın bundan sonra da uğurla nəticələnəcəyinə əminliyini ifadə etdi.

Lənkəran rayonu Haftoni kənd orta məktəbinin direktoru Akif Xalıqov Bakı səhərindəki 79 nömrəli məktəbin direktoru Sevinc Hacızadə təlim kurslarında iştirak etməkdən məmnun olduqlarını bildirib, birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, təhsil müəssisələrində daha əlverişli təlim inkişaf mühitinin yaradılması baxımından layihənin əhəmiyyətli olduğunu diqqətə çatdırdılar.

Tədbirin sonunda təlim kurslarında yüksək nəticə göstərərək təlimçi kimi seçilmiş 15 məktəb direktoruna sertifikat təqdim olundu.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.2.