Birinci kurs tələbələri
ilə görüş
Lənkəran Dövlət
Universitetində birinci kurs tələbələri ilə
görüş keçirilmişdir. LDU-nun rektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov
ali məktəbə qəbul olunanları təbrik etmiş,
kredit sisteminə keçidlə əlaqədar yeni təhsil
texnologiyalarının vacibliyindən, bu istiqamətdə
müəllim və tələbələr
qarşısında duran vəzifələrdən
danışmışdır. Bildirilmişdir ki, universitetdə
elmin və təhsilin yeni səviyyədə inkişafı
istiqamətində səylər ildən-ilə artır.
Görüşdə qeyd edilmişdir ki, yeni dərs ilində universitetdə 1500-dək tələbə təhsil alır. Bunun 382 nəfəri tələbə adına bu il layiq görülmüşdür. Qəbul olunan tələbələrin 348 nəfəri bakalavr, 34 nəfəri magistr pilləsində oxuyur.
Xarici dil kafedrasının müdiri Kamran Kazımov, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əlixan Bədəlov, təbiyyat fakültəsinin dekanı Rəşad Əliyev, humanitar və pedaqoji elmlər fakültəsinin dekanı Rakif İbadov tələbələri təbrik etmiş, elm və təhsil yolunda onlara uğurlar arzulamışlar.
Birinci kurs tələbələrindən Cəmilə Əliyeva, Aynur Fərzəlizadə, Günəş Bayramlı və başqaları ürək sözlərini söyləmiş, yaxşı oxuyacaqlarını, universitetin ictimai həyatında fəal iştirak edəcəklərini bildirmişlər.
Tədbirdə rayon ictimaiyyəti və təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Hacı Etibar
ƏHƏDOV
Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.3.