NDU-da elmi konfrans keçirildi
Naxçıvan
Dövlət Universitetində Yeni Azərbaycan
Partiyası Universitet şəhərciyi ərazi
ilk təşkilatının elmi konfransı keçirildi.
Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının milli inkişaf və tərəqqi partiyası,
xalqın rifah mənbəyi olduğunu vurğuladı. Qeyd olundu ki,ümummilli lider Heydər
Əliyev tərəfindən yaradılan, onun müdrik siyasəti
altında xalqı, eləcə də onun intellektual
potensialını öz ətrafında birləşdirən,
siyasi gücə malik olan bu partiya dünya miqyasında da
böyük nüfuz qazanmışdır. Natiq Yeni Azərbaycan
Partiyasının iqtidara gəldikdən sonra elmin, təhsilin
inkişafı istiqamətində gördüyü
mühüm işlərdən, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin daxili və
xarici siyasətinin uğurlarından danışdı.
YAP Universitet şəhərciyi
ərazi ilk təşkilatının
sədri, Azərbaycan Respublikasının
əməkdar müəllimi,
pedaqoji elmlər namizədi, dosent Kamal Camalov
"Yeni dərs ilində Yeni Azərbaycan Partiyasına üzv olan tələbə gənclərin vəzifələri"
mövzusunda məruzə
etdi.
Məruzəçi partiyanın gəncliyə
yüksək etimad göstərdiyini, müstəqil,
demokratik, hüquqi dövlət quruculuğunda
onların daim irəli çəkildiyini
bildirdi. 1992-ci ilin dekabr ayından fəaliyyətə
başlayan YAP Universitet şəhərciyi ərazi ilk təşkilatı
2000-ə yaxın üzvü öz sıralarında birləşdirərək
ölkənin ictimai-siyasi həyatında yaxından iştirak
edir. Ümumxalq mənafeyinin qorunması, dövlət müstəqilliyinin
möhkəmləndirilməsi uğrunda fəal mübarizə
aparan partiyanın nizamnamə və proqramı ziyalı gənclik
tərəfindən yekdilliklə dəstəklənir. Natiq
Yeni Azərbaycan Partiyasının qarşıdan gələn
parlament seçkilərində gəncliyə və elmi
potensiala böyük üstünlük verdiyini nəzərə
çatdırdı, universitet kollektivini seçkilərdə
mütəşəkkil şəkildə iştirak edərək
layiqli namizədə səs verməyə
çağırdı.
Tədbirin sonunda partiya sıralarına qəbul edilmiş üzvlərə
vəsiqələr təqdim
olundu.
Mehriban SULTAN
Azərbaycan müəllimi.-
2010.- 29 oktyabr.- S.1.