Səbail rayonundakı 130 nömrəli uşaq bağçası əsaslı
təmirdən sonra istifadəyə verilib
Bakının Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən
130 nömrəli uşaq
bağçası əsaslı
təmir olunaraq balacaların istifadəsinə
verilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon sakinlərini təbrik edərək, son dövrdə rayonda gedən sosial-iqtisadi inkişafdan, aparılan tikinti-abadlıq işlərindən, təhsildə əldə olunan nailiyyətlərdən, yeni tədris-tərbiyə ocaqlarının tikintisi və təmirindən danışmışdır. Vurğulanmışdır ki, gənc nəslin təhsili və sağlamlığı istiqamətində dövlət başçısının təşəbbüsü ilə ciddi tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Uşaq bağçasının müdiri Səmayə Axundova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Valideynlər də öz çıxışlarında uşaq bağçasının müasir standartlar səviyyəsində təmir olunmasını uşaqların sağlamlığının qorunması üçün atılan mühüm addım kimi dəyərləndirmişlər.
Tədbirdə uşaqların ifasında mahnı, şeir parçaları, rəqs və səhnəciklər göstərilmişdir.
Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.1.