"İntel"in kursları müəllimlər üçün faydalıdır

  

İKT-nin tətbiqi təhsilin keyfiyyətinə, müasir dünyada tələb olunan bilik bacarıqlara malik olan vətəndaşların formalaşmasına birbaşa təsir edir. Təhsil Nazirliyi dünyada tanınmış İKT sahəsində lider olan şirkətlərlə əməkdaşlıq münasibətləri qurur. Bir neçə il ərzində Təhsil Nazirliyi "İntel", Cisco Systems "Microsoft" şirkətləri ilə əməkdaşlıq memorandumları imzalamışdır. Azərbaycan Respublikası təhsil sisteminin inkişafı üçün "İntel" şirkətinin təhsil proqramları çox böyük önəm kəsb edir. "İntel-Gələcək üçün tədris proqramı" bütün fənn müəllimlərinin bu sahədəki tələbatlarını ödəmək üçün hazırlanıb. Mən, Xətai rayonu E.Yəhyayev adına 56 nömrəli orta məktəbin ingilis dili müəllimi kimi eyni zamanda Bakı Slavyan Universitetinin nəzdində olan Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin (AZETA) üzvü olaraq, bir çox seminar-treninqlərdə iştirak etmişəm. "AZETA"-nın üzvü olan müəllimlərin müasir texnologiyalardan peşəkar səviyyədə istifadə etmələrini çox böyük maraqla izləyirdim bu birlik tərəfindən "İntel" kurslarına cəlb olundum. Dərslərimiz bu il mayın 1-dən 17-dək davam etdi. Qrupda müxtəlif məktəblərdən 22 müəllim iştirak edirdi. Bizim  qrup  çox  savadlı  təcrübəli  baş  metodist  Gülnarə  Səlimovanın  rəhbərliyi  altında  çalışırdı. Bəzi müəllimlərin kompüter texnologiyalarından istifadə bacarıqlarının zəif olmasına  baxmayaraq,  Gülnarə  müəllim  tez  bir  zamanda bu çətinliyi aradan qaldırdı.

"İntel" kurslarında pedaqoqlara öyrədilən əsas işlərdən biri kompüterdə portfolionun yaradılmasıdır. Portfolio həqiqətən müəllimə, şagirdə lazım olan materialları cəmləyən "portfeldir". Portfolioda ən yaxşı dərs konspekti, gündəlik tematik planları, didaktik materialları, sənədləri, məqalələri, şəkilləri, müxtəlif növ şagird qiymətləndirmələri, müəllim tərəfindən işlənmiş ən yaxşı şagird işlərini yaratmağı öyrəndik. Bütün bu işləri yaratmaq üçün BLUM sistemindən istifadə edirdik. Sistem bilik, dərketmə, tətbiq, sintez sonda qiymətləndirmədən ibarətdir. Təlim zamanı biz veb-sayt, nəşr elektron cədvəli  yaratmağı da öyrəndik. Təlimin sonunda yaratdığımız proyektləri nümayiş etdirərək öz yaradıcılığımızdan zövq alırdıq.

Tədris prosesinin əsas məqsədi - şagirdlərin idrak yaradıcılıq bacarıqlarının inkişafı, mənəvi dəyərləri dərk etmələridir. Bu təlim gələcəkdə onlara müstəqil düşüncə, vacib qərarlar qəbul etmək, ciddi problemləri tək qrup şəklində aradan qaldırmaq vərdişlərinin formalaşmasına imkan yaradacaq. Adıçəkilən kursları bitirmiş müəllimlər hər-hansı bir fənn üzrə mövzuların proyekt formasında hazırlanmasını öz şagirdlərinə öyrədə bilər dərslərin bu formada keçilməsi uşaqlar üçün maraqlı olar.  

 

 

Kamalə KƏBİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 9 sentyabr.- S.8.