"Durnam, gedər olsan bizim ellərə"

 

I Pyotrun xəbis, türk dünyasına qarşı  məkrli dəhşətli nəticələri gözlənilən planı reallaşdırılırdı: I Nikolayın 20 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan Naxçıvan xanlıqları əsasında "Ermənistan" vilayəti yaradıldı. Beləcə, Qafqazda əzəli əbədi türk torpaqlarının parçalanması, aborigen xalqın - Azərbaycan türklərinin ağrılı, acılı dastanlara sığmayan qaçqın, köçkün əzablı tarixinin səhifələrinin yazılması başlandı. son səhifə 1988-ci ildə yazıldı. İndiyə qədər qoca tarixin susqunluqla dözdüyü faktlara axır ki, tarixi-siyasi qiymət 26 mart 1998-ci ildə verildi: ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" bu tarixi fərman çox həqiqətlərə işıq saldı. Etnik təmizləmə soyqırımı siyasəti nəticəsində xalqın məruz qaldığı milli faciə, məşəqqətlər, məhrumiyyətlər dövlət Milli Məclis səviyyəsində dünyaya çatdırıldı.

Bu ağrı-acıların obrazlı, bədii inikasının tarixi isə ötən əsrlərlə bağlıdır. Sənətin sinkretik növü olan aşıq yaradıcılığı xalqın qəlbinin səsi olaraq şovinizmin, erməni-daşnak rəzillik faşizminin nişanəsi-soyqırımı faktlarına biganə qalmamış, gəraylı, qoşma kimi şeir formalarında düzülüb-qoşulmuş əsərlərdə tarixi həqiqətlər təsvir edilmiş, realizm baxımından ayrı-ayrı şəxslər, hadisələr, faktlar ifadə olunmuşdur. Bu baxımdan  Ağbaba-Çıldır aşıqlarının ədəbi irsi böyük tarixi-ictimai əhəmiyyətə malikdir. Belə ki, Ağbaba-Çıldır aşıqlarının əsərlərində Azərbaycan, türk xalqlarının soyqırımı deportasiyası mövzusu müxtəlif poetikada əksini tapmışdır. Bir bəndi təqdim etməklə deyilənə söykək yaradaq:

 

Qan gölündə boğulubdur türk elləri burada,

Ay-ulduzlu türk ordusu görən qalıb harada?

Qətl olanlar tikə-tikə, doğram-doğram orada,

Şörəyelin, Ağbabanın mal-dövləti talanmış.

 

Bu ya digər məsələlər Sumqayıt Dövlət Universiteti Azərbaycan xarici ölkələr ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Avtandil Ağbabanın (Məmmədov) "Durnam, gedər olsan bizim ellərə" (Bakı: Qanun, 2009, 64 s.) kitabında (elmi redaktor filologiya elmləri doktoru, professor İ.Abbasov, rəyçi filologiya elmləri namizədi, dosent A.Bayramovdur) ədəbi-tarixi, mədəni-fəlsəfi baxımdan tədqiq təhlil olunmuşdur.

Ermənilərin, onların din qardaşları - havadarlarının Şərqi Anadolu Azərbaycan türklərinin başlarına gətirdikləri ağrı-acılar, faciələr, repressiyalar aşıq poeziyasında ifadəsini tapmışdır. Kitabda Aşıq Qəhrəman, Corlu Məhəmməd, Aşıq Üzeyir, Aşıq Nəsib kimi sənətkarların şeirləri mövzu baxımından araşdırılmışdır.

ATƏT-in xəttilə nəşr olunmuş əsərin sonunda Ağbaba eli ilə bağlı müxtəlif məkanları - qala, göl mənzərələrini, ayrı-ayrı hadisələri əks etdirən fotolar verilməsi tarixilik baxımından uğurludur.

 

 

  Azərbaycan müəllimi.- 2010.- 17 sentyabr.- S.8.