Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə

 

75 illik tarixi olan "Azərbaycan müəllimi"nin son 5 ilə qədərki saylarında həmişə, məqsədyönlü və sistemli şəkildə dərc olunan mövzulardan biri qabaqcıl müəllim və məktəb təcrübəsi olub. Respublikanın şəhər və kənd məktəblərinin, yaxud da həmin təhsil müəssisələrində çalışan müxtəlif fənn müəllimlərinin tədris sistemindən bəhs edən jurnalist, metodist və ya alim yazıları, yaxud həmin müəllimlərin ayrı-ayrı bəhs və ya mövzunun öyrədilməsi sistemi barədə qələm məhsulları pedaqoji kollektiv əməyindən, həyatını maarif çırağının şöləsinə çevirən müəllim axtarışlarından soraq verir.

 

Pedaqogika, psixologiya və ayrı-ayrı fənlər üzrə metodika sahəsində aparılmış tədqiqatlarda, dissertasiyalarda məktəb və müəllim təcrübəsi faktlarının təhlil və təqdir olunması təsdiq edir:

a) qabaqcıl pedaqoji təcrübə maarif, təhsil sahəsində uğurları təmin edən güclü faktordur;

b) təhsilin daha da inkişafı yollarını araşdıran, səmərəli forma və vasitələr axtaran alim fərziyyələrinin reallaşdırılmasında qabaqcıl pedaqoji təcrübə çox dəyərli mənbədir.

Təkcə təhsildə deyil, istehsalın ayrı-ayrı sahələrində toplanmış, ümumiləşdirilib elmi-nəzəri cəhətdən əsaslandırılmış qabaqcıl təcrübədən istifadə təsdiq edir: qabaqcıl təcrübə inkişafın başlıca faktorlarındandır; qabaqcıl təcrübə sosial-mənəvi sərvətdir; qabaqcıl təcrübə elm və texnikanın istinad nöqtəsidir; qabaqcıl təcrübə nəzəriyyə ilə praktikanın vəhdətinin həyati-əməli təsdiqidir...

Elm, sənaye və ya başqa sahələrdə çalışan yaradıcı, əməksevər, axtarışa meyilli insanları səciyyələndirən qabaqcıl sözü, biliyi, nəzəri hazırlığı ilə yanaşı, praktik bacarıq və vərdişləri ilə özgələrdən seçilən vətənpərvər, milli təəssübkeşliyi ilə fərqlənən şəxslərin mənəvi-fərdi sərvəti olan təcrübə ifadəsi ilə birinci növ təyini söz birləşməsi yaradanda fəlsəfi-sosial mahiyyət kəsb edir.

Dünya təhsilinə inteqrasiyanın korrelyativ və sistemli, geniş parametrli bir prosesə çevrildiyi bir zamanda qabaqcıl pedaqoji təcrübə qazanmaq, həqiqi mənada, milli fədakarlıq, bu təcrübəni öyrənib, ümumiləşdirib yaymaq əsl vətəndaşlıqdır, soydaş-həmkarların çoxillik əməyinin nəticəsi olaraq formalaşmış qabaqcıl pedaqoji təcrübədən bəhrələnərək tədris prosesinin səmərəliliyini artırmaq əsl vətənpərvərlikdir.

 

***

 

Vaxtilə qəzetdə (ötən əsrin 80-ci illərinin ortalarında) qabaqcıl pedaqoji təcrübə ilə bağlı müzakirə açılmışdı.

Görkəmli pedaqoq və metodist alimlərin, əməkdar müəllimlərin və kənd müəllimlərinin mülahizə və fikirlərini ifadə edən müzakirə xeyli çəkdi. Bu faktla bağlı əməkdaş müşahidələri belə oldu ki, məktəblərdə müəllimlər məsələyə isti münasibət bəsləmişdilər, pedaqoji şura iclaslarında müzakirə təqdir edilmişdi; qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək sahəsində canlanma yaranmışdı.

 

***

 

Məktəblərdə və ayrı-ayrı müəllimlərin fəaliyyətində özünü göstərən, məzun nailiyyətləri (ali məktəbə qəbulda) və şagird göstəricilərində (olimpiadayoxlama testlər aparılmasında, yarımillik və gündəlik qiymətləndirmədə) əks olunan innovativ fəaliyyət motivləri artıq ikinci ildir ki, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncam çərçivəsində "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri vasitəsilə üzə çıxarılır. Respublikada təhsil ocaqlarının yeni binalara köçürüldüyü, informasiyakommunikasiya texnologiyalarının tətbiqi miqyasının genişləndiyi, İnternetİntranet  şəbəkələrinin tətbiq olunduğu bir zamanda qabaqcıl təcrübəni (məktəb və müəllim fəaliyyəti kontekstində) ildə bir dəfə öyrənmək az deyilmi?

Şəhər və rayon təhsil şöbələri metodkabinetləri əməkdaşlarının, Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialında çalışan alimlərin (müxtəlif ixtisaslar üzrə), Təhsil Problemləri İnstitutu işçilərinin qüvvəsi ilə, koordinasiya edilməklə, sistemli, məqsədyönlü, ardıcıl, fasiləsiz iş görmək mümkündür və bu indi daha vacibdir.

Ədəbiyyatlardan birində belə qeyd olunub:

Qabaqcıl pedaqoji təcrübə - eyni əmək, maddi mənəvi maraq şəraitində pedaqoji fəaliyyət göstərən, şagirdlərin təlimi, təhsili həyata hazırlanması üçün ən yaxşı son nəticə əldə edən müəllim qabaqcıl, onun göstərdiyi pedaqoji fəaliyyətin məzmunu isə qabaqcıl pedaqoji təcrübə sayılır. Qabaqcıl pedaqoji təcrübə 5 bölmədən ibarət planlaşdırılır: 1.Təcrübəsi öyrəniləcək müəllimin işinin qısa təhlili. 2.Hazırlıq işləri, müəllimə kömək. 3. Təcrübənin öyrənilməsi. 4. Materialın tərtibi. 5. Təcrübənin yayılması.

Qabaqcıl təcrübə aşağıdakı yollarla öyrənilir: 1.Təcrübəsi öyrənilən müəllimin planı ilə tanış olmaq. 2.Müsahibə rəy sorğusu keçirmək. 3. Dərsləri dinləyib təhlil etmək. 4. Şagirdlərin bilik bacarıq səviyyəsini öyrənmək. 5. Onların məruzə çıxışlarını təşkil etmək. 6.Mətbuatda çıxışlarını hazırlamaq s.

 

***

 

Qazanılmış pedaqoji təcrübəni təbliğ etmək üçün ayrı-ayrı fənlər üzrə metodik məqalələr məcmüələrinin (kimya, biologiya, tarix, coğrafiya, fizika riyaziyyat, ibtidai məktəb məktəbəqədər tərbiyə, Azərbaycan dili ədəbiyyat) nəşrinin sayı tirajını artırmaq, bunların çapını (bir qismini) dövlət büdcəsindən maliyyələşdirmək barədə düşünmək görmək milli təhsilə ən böyük qayğı olardı.

Çoxillik salnaməsi olan "Azərbaycan müəllimi" qəzeti səhifələrində yenidən qabaqcıl təcrübə guşəsi açmaq, bu guşənin materiallarını hazırlamaq üçün tanınmış alim metodistlərdən ibarət mütəxəssislər qrupu yaratmaq, bu yolla həyatını milli təhsilə həsr etmiş əsl müəllimlərin əməyini dəyərləndirmək, qabaqcıl təcrübəsini ümumxalq malına çevirmək mümkün olar.

yeri gəlmişkən bir məsələni qeyd etmək yerinə düşərdi. Azərbaycanda dövlət özəl ali məktəblər var. Kimsənin səviyyə pedaqoji fəaliyyətinə xələl gətirmək niyyətimiz yoxdur. Ali məktəb auditoriyalarında əsl müəllim, əsl natiq, əsl vətəndaş enerjisi, həvəsi bacarığı ilə dərs deyən professor dosentlərin bu baxımdan tədris sistemini öyrənib, ümumiləşdirib dəyərləndirmək olmazmı?

Sətirləri ulu Nizami Gəncəvinin misraları ilə bitirirəm:

 

Əzəldən belədir insan xilqəti,

Axtarıb tapmaqdır onun xisləti.

Kimisi axtarar sonsuz dənizlər,

Kimisi dənizin dibində gövhər.

 

İlahinin yaratdığı insanlar naminə axtarışlar aparanlar hörmət məhəbbətə layiqdirlər...

 

 

Ş.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.4.