Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait

 

Son illər təhsilimizdə baş verən yeniliklər, təlimin təşkilinə innovativ yanaşmalar, onun forma üsullarının təkmilləşdirilməsi yönündə atılan addımlar müəllimlərin fəallığını artırmış, yaradıcı axtarışlarını gücləndirmişdir. Hazırda təhsil müəssisələrimizdə daha çox tətbiq olunan fəal təlim, müasir, interaktiv təlim metod üsulları, qeyri-ənənəvi dərslər bir çox digər innovasiya elementlərini məhz həmin axtarışların nəticələri kimi qiymətləndirmək olar. İndi dərslərini fəal təlimin prinsip tələbləri əsasında quran, təlimdə yeni texnologiyalardan geniş istifadə edən, işinə yaradıcı yanaşan müəllimlər çoxdur. Belə müəllimlərdən biri Bakı şəhərindəki 30 nömrəli orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Şəhla Mirzəyevadır. Gənc müəllim daim fəal təlim metodlarından tədris prosesində istifadənin yollarının axtarışındadır. Onlara yaradıcı yanaşır, hər mövzuya uyğun metod üsulların seçilməsində tətbiqində maraqlı təcrübəyə malikdir.

Ş.Mirzəyeva bu təcrübəsini  "açıq dərs" verməklə, pedaqoji mətbuat vasitəsi ilə digər həmkarları ilə tez-tez bölüşür. Onun təcrübəsinə dair məqalələri, metodik tövsiyələri vaxtaşırı olaraq "Azərbaycan müəllimi" qəzetində, "Azərbaycan dili ədəbiyyatı tədrisi" jurnalında dərc edilir həmkarları tərəfindən rəğbətlə qarşılanır.

Yaradıcı müəllimin həmin materiallarının, əsasən metodik tövsiyələrinin toplandığı ilk kitabı bu günlərdə işıq üzü görmüşdür. "Azərbaycan dili ədəbiyyatının tədrisində yeni təlim texnologiyalarından istifadə" adlanan bu kitabda (Adiloğlu, Bakı, 2010. Redaktoru Məhəmməd Baharlı) Ş.Mirzəyevanın Azərbaycan dili ədəbiyyatdan müxtəlif mövzuların tədrisində yeni təlim texnologiyalarının tətbiqi imkanlarını açıb göstərən 5 metodik tövsiyəsi yer almışdır. Kitabına yazdığı "giriş"də müəllif fəal dərsin səmərəliliyini artırmağı təmin edən şərtlərdən, dərsin quruluşundan söz açır, "fəal dərsin induktiv deduktiv tədqiqat" kimi 2 növünün daha çox yayıldığını qeyd edir, oxuculara hər iki dərs nümunələrinin təqdim olunduğunu bildirir. Yazılarda maraqlı tövsiyələr irəli sürülür ki, onlardan da hər bir müəllimin faydalana biləcəyi şübhəsizdir.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.8.