BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib

 

Bakı Dövlət Universitetində Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycan dilində çapdan çıxan "Yüksək mənəviyyat - yenilməz güc" adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib ki, kitabın Azərbaycanın geniş oxucu kütləsinə çatdırılması heç təsadüfi deyil. Özbək Azərbaycan xalqlarını yaxın adət ənənələr, ümumi  dil  qrupu,  mədəniyyət   din birləşdirir. Ən qədim dövrlərdən bu iki xalq arasında etnik, mədəni, siyasi iqtisadi sahələrdə sıx əlaqələr mövcud olub, ən ağır anlarda xalqlarımız bir-birinə arxa, kömək durublar.

"Müasir dövrdə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Prezident İlham Əliyevin Prezident İslam Kərimovun xüsusi rolu var", - deyən rektor keçən əsrin sonlarından etibarən yeni mərhələyə qədəm qoyan Azərbaycan-Özbəkistan əlaqələrinin son illər ölkə prezidentlərinin qarşılıqlı səfərləri, onların şəxsi dostluq münasibətləri sayəsində daha yüksək səviyyəyə qalxdığından bəhs edib. Bildirib ki, Azərbaycanda özbək mədəniyyəti ədəbiyyatına, Özbəkistanda isə Azərbaycan mədəniyyəti ədəbiyyatına həmişə böyük maraq olub. Özbəkistanda Nizami, Füzuli kimi dahi şairlərin, Azərbaycanda isə Əlişir Nəvainin əsərləri hamının dönə-dönə müraciət etdiyi, sevə-sevə oxuduğu, bəhrələndiyi əsərlərdəndir.

Akademik Abel Məhərrəmov qeyd edib ki, təqdimatına toplaşdığımız "Yüksək mənəviyyat-yenilməz güc" adlı kitab bəşəri dəyər olan milli mənəviyyatdan, onun məna məzmunundan bəhs edir. Əsərdə müəllif bu anlayışın məna məzmununu, onu formalaşdıran əsas meyarları, maddi mənəvi həyatın uyğunluğunu, mənəviyyatın insanların cəmiyyətin həyatında tutduğu yeri əhəmiyyəti açıqlayıb, qloballaşan dünyada milli mənəviyyatın qorunub saxlanması, inkişaf etdirilməsi məsələsinə toxunub, bunun yollarını göstərib.

Özbəkistanın ölkəmizdəki səfiri İsmətulla İlqaşov kitabın  təqdimatının yüksək səviyyədə təşkil olunmasına  görə rektor,  akademik Abel Məhərrəmova təşəkkür edib. Bildirib ki, Prezident İslam Kərimovun "Yuksək mənəviyyat - yenilməz güc" adlı kitabının Azərbaycan dilinə tərcüməsi təqdimatının təşkil edilməsi ölkələrarası dostluq əməkdaşlığın daha da genişləndirilməsinə, münasibətlərdə yeni səhifələr açılmasına təkan verəcək: "Özbəkistan müstəqillik əldə etdikdən sonra milli  kimlik, mənəvi zənginlik  dövlətin əsas prioritetlərindəndir", - deyən səfir  sadə  dildə  yazılmış  kitabın Prezident İslam Kərimovun öz analizləri, tədqiqatları əsasında qələmə alındığını  vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu günü həyatında əlamətdar hadisələrdən sayıb. İslam Kərimovla 20 illik dostluq tellərindən danışan Şeyx kitab qələmə alınmamış Özbəkistan Prezidenti ilə bu haqda söhbətlərinin olduğunu diqqətə çatdırıb bütövlükdə kitabı təkcə özbək xalqının yox, bütün bəşər cəmiyyətinin gələcək rifahına xidmət edəcək əsər kimi səciyyələndirib. Özbək xalqının hər zaman Azərbaycanın yanında olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyini dəstəklədiyini deyib.

Milli Məclisin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov isə əsəri bütün xalqlar üçün əhəmiyyətli hesab edib. O, xüsusən Özbəkistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmadığını önə çəkib.

Milli Məclisin deputatı Nizami Cəfərov kitabın 4 əsas cəhəti haqqında danışıb. Qeyd edib ki, əsər mənəviyyatın fəlsəfi şərhi, mənəviyyatda müstəqillik, mənəviyyatın təhdidi dövlətin, cəmiyyətin yüksəlişinin sütunu olan mənəviyyat məsələləri ilə xarakterikdir.

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin üzvü, kitabın tərtibçisi buraxılışa məsul Eldar Məmmədov, əsəri Azərbaycan dilinə tərcümə edən Yaşar Qasımbəyli kitab haqqında fikir mülahizələrini bildiriblər.

 

 

Pərvanə İBRAHİMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.2.