Qitə birinciliyində ardıcıl 3 qələbə

 

Batumidə yeniyetmə və gənc şahmatçılar arasında keçirilən Avropa çempionatında 3-cü turun oyunları olmuşdur.

Oğlanların turnirində 8 yaşlı şahmatçıların qrupunda mübarizə aparan Fərid Aslanov 3 xal, Abdulla Qədimbəyli və Kənan Qarayev isə hərəyə 2,5 xal, 10 yaşlıların qrupunda Oğuz Abışlı 2,5 xal, 12 yaşlılarda Ülvi Sadıxov 3 xal, 14 yaşlılarda Kənan İzzət, Aqil Pirverdiyev və Elvin Bayramov hərəyə 2,5 xal, 16 yaşlılarda Zaur Məmmədov və Nicat Abasov hərəyə 2,5 xal, Vasif Durarbəyli 3 xal toplamışlar.

Qızlar arasında keçirilən yarışda isə Xanım Balacayeva (10 yaş) 2,5 xal, Aydan Höcətova (12 yaş) 2,5 xal, Səbinə İbrahimova (16 yaş) 3 xal, Xəyalə Abdulla və Səbinə Quliyeva (18 yaş) hərəyə 2 xal toplamışlar.

 

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.8.