Aqata Kristinin
"Tələ" pyesi
Akademik Milli Dram Teatrının səhnəsində
XX əsr dünya ədəbiyyatının nümayəndələrindən
biri, ingilis yazıçısı Aqata
Kristi detektiv ədəbiyyatının
ən görkəmli nümayəndələrindən biri kimi tanınır. 80-dən çox romanın, onlarla pyesin müəllifi olan İngiltərənin bu xanım yazıçısının
kitabları əsasında
və onun öz həyatı haqqında filmlər çəkilmiş, əsərləri
nəşr olunmaqla yanaşı nüfuzlu teatrların səhnəsində
tamaşaya qoyulmuşdur.
Kitabları ara-sıra Azərbaycanda
da nəşr olunmuşdur. Bu günlər isə Akademik Milli Dram Teatrında onun "Siçan tələsi"
pyesi "Tələ"
adı ilə tamaşaya hazırlanmışdır.
Bu tamaşa Aqata
Kristinin Azərbaycan səhnəsində ilk əsəridir.
Pyesi əslindən, yəni ingilis dilindən Şaiq Cabiroğlu tərcümə etmişdir. Quruluşçu rejissor əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Tamaşanın tərtibatı Xalidə
İsmayılovanın, musiqisi
isə Aydın Əzimovundur. Rolları
xalq artistləri Zərnigar Ağakişiyeva
(Missis Boyl), Ramiz Məlik (Mayor Metkaf), Rafiq Əzimov, (Mister Paraviçini), əməkdar
artistlər Sənubər
İsgəndərova (Molli
Relston), Elxan Quliyev (Çayls Relston), Abbas Qəhrəmanov (Serjant
Trotter) və Vəfa Rzayeva (Miss Keysuel), Mətləb Abdullayev (Kristofer Ren) ifa edirlər.
Bu günlərdə
"Tələ"nin
ilk tamaşası olmuş,
teatrın bədii şurasının üzvləri,
mütəxəssislər əsər
haqqında öz fikirlərini bildirmişlər.
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.6.