Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr kompüter vasitəsi ilə imtahanları verdilər

 

2009-2010-cu tədris ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq  məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində lazımi tədbirlər görülüb. Bu barədə məlumat verən ADPU-nun rektoru, professor Yusif Məmmədov bildirdi ki, hazırda əyani şöbə üzrə bütün imtahanlar   Boloniya  prosesinin tələbləri səviyyəsində  "Bir şagird- bir kompüter" layihəsi "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil  sisteminin informasiyalaşdırılması üzrə  Dövlət Proqramı" çərçivəsində həyata  keçirilir. Gələcəkdə qiyabi şöbədə oxuyan tələbələr üçün bu  sistemin tətbiqi nəzərdə tutulur. Şəbəkə İnternetə qoşulmaqla valideynlər   öz uşaqlarının imtahan vermələrini izləyə bilərlər.

Sonra keçirilən imtahanları  yerində müşahidə etmək  məqsədilə ADPU-nun tədris-metodika şöbəsinin  müdiri, dosent Namiq Hacıyev   universitetin imtahan nəzarət qrupunun rəhbəri, dosent   Qulaməli  Balaşovla birlikdə tələbələrin imtahan verdikləri kompüter mərkəzinə daxil olduq. Tarix fakültəsinin 103 106-cı qrup tələbələri, qonşu otaqda isə riyaziyyat, riyaziyyat informatika fakültələrinin I-IV kurs  tələbələri imtahan verirdilər.

Tələbələrdən Şövqi Həsənli (riyaziyyat informatika ), İlahə Soltanova (tarix ), Famil Soltanov (riyaziyyat) başqaları imtahanlara verilən vaxt başa çatmasa da, yüksək nəticə əldə edərək imtahan otaqlarını tərk etdilər. Onlar bu anda imtahanların şəffaf keçməsi üçün  göstərilən qayğıya yaradılan şəraitə görə universitet rəhbərliyinə  minnətdarlıqlarını bildirməyi unutmadılar.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2010.-8 yanvar.-S.2.