Arzusu böyüyəndə rəssam olmaqdır

 

Bakıdakı 28 nömrəli orta məktəbin direktoru Gülarə Verdiyeva  bildirdi ki, əvvəlki illərdən fərqli olaraq 2009-cu ildə "Uşaq ili" çərçivəsində  məktəbdə xeyli rəngarəng silsilə tədbirlər keçirilib. Elə  bu günlərdə məktəbin   I sinif şagirdi  Əlihəsən Həbibovun rəsm əsərlərindən  ibarət   sərginin açılışının  keçirilməsi xüsusi istedadlı  uşaqlara göstərilən qayğının bir nümunəsidir.

Sərginin açılışı günü  Əlihəsəni təbrik edənlər arasında sinif  yoldaşları ilə bərabər, müəllimləri də var idi.

Onun  arzusu böyüyəndə  rəssam olmaqdır. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2010.-8 yanvar.-S.8.