Mikayıl Müşfiq yad edildi

 

Yanvarın 6-da görkəmli şair Mikayıl Müşfiqin Yasamal rayonundakı parkda ucalan abidəsi önündə anım mərasimi keçirildi. Mərasimə müşfiqsevərlərlə bərabər, şairin yaxınları da qoşulmuşdu. Müşfiqşünas alim, şair Gülhüseyn Hüseynoğlu mərasimdə şairin acı taleyindən söz açdı, dedi ki, Mikayıl Müşfiq dünənin, bugünün,sabahın ölməz şairidir. Onun yaradıcılığının nuru heç vaxt sönməyəcək.

Tədbirdə iştirak edən məktəblilər şairin şeirlərindən nümunələr söylədilər.

Anım mərasimi görkəmli ədib haqqında söylənilən xatirələrlə sona yetdi.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.-2010.-8 yanvar.-S.8.