Tələbələrin XVI Respublika fənn olimpiadasının keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Respublika Komitəsinin qərarı

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

   

QƏRAR N 509

 

Bakı şəhəri 31 mart 2011-ci il

  

Tələbələrin XVI Respublika fənn olimpiadasının keçirilməsi haqqında

 

Respublika ali təhsil müəssisələrində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti

 

QƏRARA ALIR:

 

1. Tələbələrin XVI Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız rus dilləri fənləri üzrə) 2011-ci ilin aprel-may aylarında 2 tur üzrə keçirilsin.  

2. Olimpiadanın I turu 2011-ci il 5 - 30 aprel tarixlərində ali təhsil müəssisələrində, II yekun turu cari ilin may ayında Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.

3. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat Komitəsi (əlavə 1) yaradılsın.

4. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:

4.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;

- Olimpiada qalibləri üçün hədiyyələrin alımasını.

4.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların verilməsini:

1-ci yer (12 nəfər) üçün 300 manat

2-ci yer (24 nəfər) üçün 150 manat

3-cü yer (36 nəfər) üçün 100 manat

- Münsiflər heyətinin sədrlərinə (12 nəfər) 200 manat məbləğində pul mükafatının ayrılmasını.

5. Tərəflər olimpiadanın keçirilməsi qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

6. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

7. Qərarın icrasına nəzarət nazir müavini İ.Hüseynovaya sədr müavini Ş.Əsgərova həvalə olunsun.

 

Azərbaycan Respublikasının təhsil naziri

 

 

Misir MƏRDANOV,

Azərbaycan Təhsil İşçiləri

Azad Həmkarlar İttifaqı 

Respublika Komitəsinin sədri

 

Səttar MEHBALIYEV

 

Azərbaycan müəllimi.- 2011.- 15 aprel.- S.2.