Azərbaycan Respublikası təhsil nazirinin əmri

  

"Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili və qarşıda duran vəzifələr" ilə bağlı 02 aprel 2010-cu il 122 saylı Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarının icrasını təmin etmək üçün Təhsil Nazirliyinin 14 may 2010-cu il tarixli əmrində nəzərdə tutulan işləri həyata keçirmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Metodiki Əlaqələndirmə Şurasının tərkibi təsdiq edilsin (əlavə 1);

2. Metodiki Əlaqələndirmə Şurasının Əsasnaməsi təsdiq edilsin (əlavə 2);

3.Ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, Metodiki Əlaqələndirmə Şurasının işinə cəlb olunan mütəxəssislərin səmərəli işləməsi üçün müvafiq şərait yaradılsın;

4. Təhsil nazirinin müavini (E.Qasımov) və Beynəlxalq əlaqələr şöbəsinin müdiri (Q.Novruzov) bu əmrdən irəli gələn müvafiq tədbirləri həyata keçirsinlər;

5. Əmr "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc edilsin;

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

8 aprel 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 15 aprel.- S.2.