"Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin

kompetensiyaları: siyasət, pedaqogika, sosial

vərdişlər" mövzusunda beynəlxalq konfrans

 

 Dekabrın 1-də Bakıdakı "Park İNN" otelində "Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, sosial vərdişlər" mövzusunda beynəlxalq konfrans öz işinə başladı. Tədbirin təşkilatçıları YUNESKO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Konfransın Azərbaycanda keçirilməsinin təşəbbüskarı YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutudur. 

Konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin başlıca kompetensiyaları (İKT, pedaqojisosial kompetensiyalar) əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır. Konfransda təhsil nazirinin müavini Qulu Novruzov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun direktoru Dendev Badarç,  20-dən çox beynəlxalq ekspert və 60 yerli mütəxəssis iştirak edirdi. Ekspertlər Rusiya, Malayziya, Slovakiya, Finlandiya, Niderland, Ukrayna, İtaliya, Turkiyə, LitvaBelarusu təmsil edirlər.

Qeyd edək ki, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun (TİTİ) əsas məqsədlərindən biri təhsildə informasiyakommunikasiya texnologiyalarının tətbiqi üzrə proqramların işlənib hazırlanmasına və reallaşdırılmasına dəstək göstərmək, həm bütün dünyanın, həm də ayrı-ayrı ölkələrin tələblərinə istiqamətlənən proqramlar həyata keçirməkdir. Öz statusu və funksiyaları çərçivəsində TİTİ bütün səylərini təhsil və tədrisə yardım imkanlarının genişləndirilməsi, informasiya texnologiyaları sahəsində milli potensialın gücləndirilməsi, təhsildə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması və hamının təhsil ala biləcəyi cəmiyyətin formalaşmasına dəstək göstərilməsi istiqamətinə yönəldir.

TİTİ həmçinin texniki peşə təhsili sahəsində İKT-nin tətbiqi üzrə geniş təcrübə toplayıb. 2001-ci ildə institut tərəfindən "Texniki peşə təhsilində informasiyakommunikasiya texnologiyaları" layihəsi həyata keçirilibbu istiqamətdə bir sıra mühüm nəticələr əldə edilib.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov öncə konfrans iştirakçılarını təhsil naziri Misir Mərdanovun adından salamlayaraq ölkəmizdə İKT-nin və digər sahələrin inkişafında mühüm rol oynayacaq konfransın əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycanın inkişaf strategiyasının yerinə yetirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübəsinin öyrənilməsi və təhsildə daha səmərəli, effektiv tətbiqi üçün sistemli olaraq bir çox proqram və layihələr reallaşdırılır.  

Son illər İKT-nin tətbiqi ilə bağlı kadrların hazırlanması, elektron təhsil və elektron idarəetmənin həyata keçirilməsi nəticəsində bir çox uğurların əldə edildiyini vurğulayan təhsil nazirinin müavini Qulu Novruzov "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər haqqında məlumat verdi.

Tədbirdə çıxış edən  rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qloballaşan cəmiyyətimizdə təhsilin inkişaf etdirilməsində İKT-nin xüsusi əhəmiyyət kəsb etdiyini iştirakçıların nəzərinə çatdırdı. E.Vəlizadə son illər respublikamızda bütün sahələrin dinamik inkişaf etdiyini vurğulayaraq belə konfransların keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdı.

YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun direktoru Dendev Badarç çıxış edərək bildirdi ki, müəllimlər İKT-dən səmərəli şəkildə istifadə etməlidirlər. İKT-nin tətbiqində bacarıqlı müəllimlərin xüsusi rol oynadığını nəzərə çatdıran Dendev Badarç qeyd etdi ki, tədrisin əsas komponenti müəllim-şagird münasibətləridir. Bu münasibətlərin inkişaf etdirilməsi və daha effektiv olmasında onlaynvirtual tədrisin xüsusi rolu var.

Tədbirin plenar iclasında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Distant Təhsil üzrə Milli Mərkəzin təhsil üzrə direktoru, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun İdarəetmə Şurasının sədri Bernard Kornü, Rusiya Elmlər Akademiyasının Kompüter Mərkəzinin baş elmi işçisi, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun eksperti Aleksandr Uvarovun və başqalarının müxtəlif mövzularda məruzələri dinlənildi.

Tədbir plenar iclaslar və müəllimlərin İKT sahəsində kompetensiyaları, açıq təlim resursları və peşə təhsilinin inkişafı mövzuları üzrə işçi qruplarda müzakirələr aparılmaqla davam etdirildi.

Konfrans dekabrın 2-də öz işini davam etdirəcək.

 

Niyazi RƏHİMOV

Azərbaycan müəllimi.- 2011.- 2 dekabr.- S.1-4.