Ümumi ortatam orta təhsil səviyyələri

üzrə yoxlama və buraxılış imtahanlarının

aparılması barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

  

Son illər respublikanın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu nəzərə alaraq 

 

ƏMR EDİRƏM:

 

1. 2011/12-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi ortatam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi ortatam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın.

2. Ümumi orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan diliriyaziyyat, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiyaxarici dil fənlərindən keçirilsin.

3. Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi ortatam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2012-ci ilin 28 yanvar - 15 aprel tarixlərində keçirilsin.

3.1. ümumi ortatam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin:

3.1.1. Bakı şəhərində 28-29 yanvar 2012-ci il tarixində;

3.1.2. Şirvan şəhəri, Hacıqabul, Ağcabədi, Beyləqan, Kürdəmir, İmişli, Xocavənd Ağdaş rayonlarında 04-05 fevral 2012-ci il tarixində;

3.1.3. Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl,  Ağsu Göyçay rayonlarında 11-12 fevral 2012-ci il tarixində;

3.1.4. Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan Neftçala rayonlarında 18-19 fevral 2012-ci il tarixində;

3.1.5. Gəncə, Mingəçevir, Naftalan şəhərlərində, Göygöl Samux rayonlarında 03-04 mart 2012-ci il tarixində;

3.1.6. Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər Yevlax rayonlarında 10-11 mart 2012-ci il tarixində;

3.1.7. Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik Yardımlı rayonlarında 31 mart - 01 aprel 2012-ci il tarixində;

3.1.8. Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən Şabran rayonlarında 08 aprel 2012-ci il tarixində;

3.1.9. Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir Tovuz rayonlarında 14-15 aprel  2012-ci il tarixində;

3.1.10.Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə.

3.1.11. Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılsın şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılsın.

3.1.12. Peşə liseylərində 25 fevral 2012-ci il tarixində.

4. Ümumi orta tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı şəhər rayonlarda göstərilən tarixlərdə keçirilsin:

4.1. Bakı şəhərində 23 iyun 2012-ci il tarixində;

4.2. Şirvan şəhəri, Hacıqabul, Ağcabədi, Beyləqan, Kürdəmir, İmişli, Xocavənd Ağdaş rayonlarında 02 iyun 2012-ci il tarixində;

4.3. Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl,  Ağsu Göyçay rayonlarında 04 iyun 2012-ci il tarixində;

4.4. Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan Neftçala rayonlarında 07 iyun 2012-ci il tarixində;

4.5. Gəncə, Mingəçevir, Naftalan şəhərlərində, Göygöl Samux rayonlarında 09 iyun 2012-ci il tarixində;

4.6. Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər Yevlax rayonlarında 12 iyun 2012-ci il tarixində;

4.7. Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik Yardımlı rayonlarında 16 iyun 2012-ci il tarixində;

4.8. Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən Şabran rayonlarında 18 iyun 2012-ci il tarixində;

4.9. Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir Tovuz rayonlarında 21 iyun 2012-ci il tarixində;

4.10. məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə.

4.11. Peşə liseylərində 24 aprel 2012-ci il tarixində.

5. Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər rayonlarda  göstərilən tarixlərdə keçirilsin.

6. Ümumi orta tam orta təhsil səviyyələri üzrə eksternat müxtəlif səbəblərdən üzrlü olaraq buraxılış imtahanlarında iştirak etməyənlər üçün buraxılış imtahanları ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə yoxlama buraxılış imtahanları Azərbaycan dili ədəbiyyatı, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya xarici dil fənlərindən 25 iyun 2012-ci il tarixində saat 10.00-da Bakı şəhərinin 202 nömrəli tam orta məktəbində keçirilsin.

7. Təlim gürcü dilində olan məktəblərin IX (X) XI (XII) siniflərində buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılsın.

8. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X XI siniflərin illik qiymətləri buraxılış imtahanı qiymətləri əsasında hesablansın. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII IX siniflərin illik qiymətləri buraxılış imtahanı qiymətləri əsasında hesablansın.

9. Monitorinq qiymətləndirmə şöbəsi (T.Hacıyeva) Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta tam orta təhsil səviyyələri üzrə imtahan verən şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin.

10. Monitorinq qiymətləndirmə şöbəsi (T.Hacıyeva) Strateji təhlil, planlaşdırma kadrların idarəolunması şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təhlili əsasında zəruri təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı müvafiq təkliflər hazırlasın.

11. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin peşə liseylərinin direktorları:

11.1. ümumi orta tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin valideynləri arasında 2011-ci ilin noyabr-dekabr aylarında təlimati işlərin aparılmasını təşkil etsinlər;

11.2. imtahan mərkəzlərini müəyyənləşdirərkən Təhsil Nazirliyinin Monitorinq qiymətləndirmə şöbəsi ilə razılaşdırsınlar;

11.3. buraxılış sinif şagirdlərinin yoxlama buraxılış imtahanlarında iştirakını təmin etsinlər;

11.4. ümumi orta təhsil səviyyəsi üzrə şagirdlərin eksternat payız imtahanlarında maksimum iştirakını təmin etsinlər;

11.5. tam orta təhsil səviyyəsi üzrə şagirdlərin təkrar eksternat imtahanlarında maksimum iştirakını təmin etsinlər.

12. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər (rayon) təhsil şöbələrinə peşə liseylərinə lazımi köməklik göstərsinlər.

13. Monitorinq qiymətləndirmə şöbəsi (T.Hacıyeva) imtahan rəhbərlərinin imtahan materiallarının müvafiq imtahan mərkəzlərinə vaxtında təhlükəsiz çatdırılması (daşınması) ilə bağlı müvafiq tədbirlərin görülməsini bununla əlaqədar təsdiqedici sənədlər əlavə olunmaqla daşınmanın nəticələri barədə rəsmi hesabatın yoxlama buraxılış imtahanları bitdikdən sonra 10 gün ərzində rəhbərliyə təqdim edilməsini təmin etsin.

14. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təqdim olunacaq təsdiqedici sənədlər əsasında imtahan materiallarının çap olunması, imtahan rəhbərlərinin materialların imtahan mərkəzlərinə çatdırılması xərclərinin ödənilməsini təmin etsin.

15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, yoxlama buraxılış imtahanlarının nəticələrinin ictimaiyyətə çatdırılmasını həyata keçirsin.

16. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

5 dekabr 2011-ci il

Azərbaycan müəllimi.- 2011.- 9 dekabr.- S.7.