Mübarizləri olan vətən basılmaz

 

Fevralın 8-də Bakıdakı 95  nömrəli orta məktəbdə  xalqımızın vətənpərvər, qeyrətli oğullarından biri olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti  ilə tədbir  keçirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahir Süleymanov açaraq Mübariz İbrahimovun torpaqlarımızın bütövlüyü uğrunda göstərdiyi misilsiz rəşadətindən danışdı. Bildirdi ki, Mübariz kimi oğulları olan xalq heç vaxt basılmaz.

Gecənin aparıcıları Sərvər və Nərmin Milli Qəhrəmanın həyat yolundan, göstərdiyi igidliklərindən söhbət açdılar.  Şagirdlər Mübariz İbrahimova həsr olunan şeirlər söylədilər, mahnılar ifa etdilər, səhnəciklər  göstərdilər.

Tədbir Mübariz İbrahimova həsr olunmuş filmin nümayişi ilə başa çatdı.

 

***

 

Həmin gün Bakıdakı  144 nömrəli orta ümumtəhsil məktəbindəqeyd edildi. Dövlət himninin səslənməsi ilə başlayan tədbiri açıq elan edən Raya Allahverdiyeva xalqımızın igid oğullarından biri olan Milli Qəhrəman Mübariz İbrahimov haqqında geniş danışaraq onun ruhən həmişə hər bir azərbaycanlının  qəlbində yaşayacağını dedi.

IV "b" sinif şagirdi Hüseyn 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində dünyaya gələn  Mübariz İbrahimovun həyatı və göstərdiyi igidlik barədə tədbir iştirakçılarına geniş məlumat verdi. 

Gecədə çıxış edən qonaqlar da Milli Qəhrəman haqqında böyük fəxrlə danışdılar.

Şagirdlər Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan şeirlər dedilər, mahnılar söylədilər.

Tədbir Milli Qəhrəmana aid filmin nümayişi ilə başa çatdı.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2011.- 11 fevral.- S.23.