İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

İlk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri üzə çıxarmaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş  ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) və Texniki peşə təhsili  şöbəsi (N.Məmmədov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.

4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin respublika mərhələsinin qaliblərinin mükafatlandırılması, diplom və dəvətnamələrin hazırlanması məqsədilə təsdiq olunmuş xərclər smetasına əsasən 420 (dörd yüz iyirmi) manat məbləğində vəsaitin ayrılmasını təmin etsin.

5. Ümumi şöbə (H.Məmmədova) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət  nazir müavini E.Qasımova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

22 fevral 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 25  fevral.- S.4.