Ümumi təhsil məktəbləri məzunlarının tam orta təhsil səviyyəsi üzrə gümüş medalla təltif edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2010/11-ci dərs ilində respublikanın ümumi təhsil məktəblərində tam orta təhsil səviyyəsi üzrə keçirilmiş yoxlama və buraxılış imtahanlarında ana dili və riyaziyyat fənləri istisna olmaqla ən çoxu iki fəndən "4" (yaxşı) qiymətlər almış, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında 500-dən çox bal toplamış, həmçinin respublika və beynəlxalq səviyyəli bilik yarışlarında yer tutaraq buraxılış imtahanlarından azad edilmiş adları aşağıda qeyd olunan XI sinif məzunlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2010-cu il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nın 6-cı bəndinə əsasən gümüş medalla təltif edilməsi ilə əlaqədar olaraq 

 

ƏMR EDİRƏM:

 

1. Adları aşağıda qeyd olunan XI sinif məzunları gümüş medalla təltif olunsunlar:

 

1. Əhmədli Orxan Pənah oğlu         -     Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya      

 

2. Əlirzayeva Hafizə Ramiz qızı       -     Bakı Avropa Liseyi             

 

3. Məmmədova Gülay Rauf qızı      -     Bakı Avropa Liseyi             

 

4. İmanlı Cavid Oruc oğlu                -     Bakı şəhəri üzrə 23 nömrəli tam orta məktəb            

 

5. Kərimli Xumar Məhəmməd qızı   -     Ağcabədi şəhər 3 nömrəli tam orta məktəb

 

6. Əsədzadə Arzu Balaca qızı            -     Bakı şəhəri üzrə 179 nömrəli tam orta məktəb          

 

7. Məmmədov Cavid Oqtayedr oğlu  -    Bakı şəhəri üzrə 179 nömrəli tam orta məktəb          

 

8. Məmmədli Aytəkin Bəxtiyar qızı    -     Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi          

 

9. Kazımov Şəmsi Nəsimi oğlu             -   Qusar şəhər 6 nömrəli tam orta məktəb     

 

10. Tahirov Rəşid Elşən oğlu                -   Quba şəhər 3 nömrəli tam orta məktəb       

 

11. Ağazadə Leyla Gülağa qızı             -   Sabirabad şəhər Z.Hacıyev adına 7 nömrəli tam orta məktəb               

 

12. Həyat Müseyib İlham oğlu         -        132-134 nömrəli Təhsil Kompleksi              

 

13. Marfina Yelena Vladimir qızı      -       İsmayıllı rayonu H.Əliyev adına İvanovka kənd tam orta məktəbi           

 

14. Yusifova Nərmin Anar qızı         -        Bakı şəhəri üzrə 23 nömrəli tam orta məktəb            

 

15. Alışlı İlqar Alış oğlu                     -       Heydər Əliyev adına Müasir Təhsil Kompleksi           

 

16. Şirin Könül Rafael qızı                 -      "XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"      

 

2. Gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılsın.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

20 iyun 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 8 iyul.- S.4.